...

Deputat: Azərbaycan, Rusiya və İran arasında əməkdaşlığın yeni mərhələsi başlayacaq

Siyasət Materials 7 Aprel 2016 17:46 (UTC +04:00)
“Bakıda keçirilən Azərbaycan, Rusiya və İran xarici işlər nazirlərinin görüşü yüksək qiymətləndirilməlidir, çünki burada müzakirə olunan məsələlər hər üç ölkə üçün çox əhəmiyyətlidir”.
Deputat: Azərbaycan, Rusiya və İran arasında əməkdaşlığın yeni mərhələsi başlayacaq

Bakı. Elçin Mehdiyev - Trend:

"Bakıda keçirilən Azərbaycan, Rusiya və İran xarici işlər nazirlərinin görüşü yüksək qiymətləndirilməlidir, çünki burada müzakirə olunan məsələlər hər üç ölkə üçün çox əhəmiyyətlidir". Bunu Trend-ə Milli Məclisin deputatı Rövşən Rzayev deyib.

R.Rzayev bildirib ki, görüşdə müzakirə edilən "Şimal-Cənub" nəqliyyat dəhlizi regionda həm iqtisadiyyatın inkişafına, həm də təhlükəsizliyə mühüm töhfə verəcək: "Hesab edirəm ki, bu görüşdən sonra Azərbaycan, Rusiya və İran arasında əməkdaşlığın yeni mərhələsi başlayacaq".

Deputatın fikrincə, bu görüş siyasi münasibətlərin də möhkəmlənməsinə xidmət edəcək.

O bildirib ki, Azərbaycan, Rusiya və İranın xarici işlər nazirləri görüşü Dağlıq Qarabağ münaqişəsinin həllinə də təsir göstərə bilər: "Azərbaycan həm İran, həm də Rusiya ilə yaxşı münasibətlərə malikdir. Hesab edirəm ki, son nəticədə həm Rusiya, həm də İran Dağlıq Qarabağ münaqişəsinin həllində böyük rol oynaya bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti