...

Azərbaycanlı general Sloveniyada mühazirə ilə çıxış edib

Siyasət Materials 3 May 2016 16:40 (UTC +04:00)
Azərbaycan və Sloveniya Silahlı Qüvvələri arasında "Mühazirəçi mübadiləsi" tədbiri keçirilir.
Azərbaycanlı general Sloveniyada mühazirə ilə çıxış edib

Bakı. Trend:

Azərbaycan və Sloveniya Müdafiə nazirlikləri arasında 2016-cı il üçün ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Sloveniyada "Mühazirəçi mübadiləsi" tədbiri keçirilir.

Trend Azərbaycan Müdafiə Nazirliyinin saytına istinadən məlumat verir ki, tədbirin məqsədi ölkəmizin tanıdılması, regionda təhlükəsizlik vəziyyəti və həqiqətlərimiz barədə geniş auditoriyaya məlumatın çatdırılması, o cümlədən Silahlı Qüvvələrimiz arasında dostluq əlaqələrinin möhkəmləndirilməsidir.

Mayın 3-də Müdafiə Nazirliyinin Beynəlxlaq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov Sloveniya Silahlı Qüvvələrinin Hərbi Məktəblər Mərkəzində "Cənubi Qafqazın təhlükəsizliyi üzrə təhdidlərə Azərbaycanın baxışı" mövzusunda mühazirə ilə çıxış edib, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun nəticələri barədə geniş məlumat verib.

Tədbirdə Sloveniya Hərbi Akademiyasının dinləyiciləri, Hərbi Elmi Mərkəzinin bir sıra mühazirəçiləri, hərbi təhsil müəssisələrinin rəhbər heyəti, o cümlədən Müdafiə Nazirliyi və Baş Qərargahın nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Azərbaycan və Sloveniya Müdafiə nazirlikləri arasında ikitərəfli əməkdaşlıq planına uyğun olaraq, aprelin 29-da Bakıda "Mühazirəçi mübadiləsi" tədbiri keçirilmişdi.

Sloveniya Silahlı Qüvvələrinin nümayəndələri Loen Reçnik və polkovnik Aleksandr Murko tərəfindən Silahlı Qüvvələrin Hərbi Akademiyasında "Balkanlarda mövcud vəziyyət" və "Beynəlxalq missiyalara Sloveniyanın baxışı" mövzularında brifinqlər təqdim olunub. Tədbirin əsas məqsədi Cənubi Qafqazda və Balkanlarda regional təhlükəsizlik məsələləri barədə məlumat mübadiləsi, o cümlədən Silahlı Qüvvələrimiz arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti