...

Türkiyə ilə Azərbaycan arasında viza rejiminin ləğv edilməsi təklif edilir

Siyasət Materials 6 May 2016 12:16 (UTC +04:00)
Türkiyə ilə Azərbaycan arasında viza rejiminin ləğv edilməsi təklif edilir.
Türkiyə ilə Azərbaycan arasında viza rejiminin ləğv edilməsi təklif edilir

Bakı. Elçin Mehdiyev - Trend:

Türkiyə ilə Azərbaycan arasında viza rejiminin ləğv edilməsi təklif edilir. Trend-in məlumatına görə, bu təkliflə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

O bildirib ki, Türkiyə ilə Azərbaycan yaxın və qardaş ölkədir. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Türkiyə ilə sərhəddir. Eyni zamanda Türkiyədən Azərbaycana və Azərbaycanda Türkiyəyə çoxlu iş adamları gedib gəlir: "Ona görə də hesab edirəm ki, iki ölkə arasında viza rejimi ya ləğv edilməlidir, ya da vizanın müddəti 1 ilə qədər uzadılmalıdır. Bu məsələ daim gündəmdə olub, elə indi bunu reallaşdırmağın əsl vaxtıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti