...

YAP-ın namizədi ilə bağlı iddialara münasibət bildirildi

Siyasət Materials 23 May 2016 17:31 (UTC +04:00)
Yeni Azərbaycan Partiyası (YAP) 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərdə partiyanın namizədi Cavid Osmanov barədə səsləndirilən iddialara aydınlıq gətirib.
YAP-ın namizədi ilə bağlı iddialara münasibət bildirildi

Bakı. Elçin Mehdiyev - Trend:

Yeni Azərbaycan Partiyası (YAP) 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərdə partiyanın namizədi Cavid Osmanov barədə səsləndirilən iddialara münasibət bildirib.

YAP icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Trend-ə bildirib ki, bu, "qara piar" kampaniyasıdır: "Seçki vaxtı həmişə "qara piar" kampaniyası olur. Dünya təcrübəsində də belə hallar var. Bilirsiniz ki, 90 saylı Ağdaş seçki dairəsi üzrə 6 namizəd qeydiyyatdan keçib. Orada müxalifətin nümayəndəsi də var. Ona görə də belə "qara piar" kampaniyası aparılır".

S.Novruzov bildirib ki, C.Osmanov uzun müddətdir icra başçısının birinci müavini işləyir, YAP-ın Ağdaş təşkilatının sədridir: "Həmin təşkilatın 16 min üzvü var. Cavid Osmanovun rayon ictimaiyyəti arasında, seçicilər arasında kifayət qədər hörməti var. Buna görə də müxtəlif vasitələr axtarırlar ki, bu cür "qara piar" kampaniyası ilə insanları çaşdırsınlar. Amma orada yaşayan insanlar bir-birini yaxşı tanıyır, kimin kim olduğunu hamı bilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti