...

Siyavuş Novruzov: Heç kimi rəqib görmürük

Siyasət Materials 8 İyun 2016 09:53 (UTC +04:00)
90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərdə Yeni Azərbaycan Partiyasının təbliğat-təşviqat kampaniyası yüksək səviyyədə qurulub.
Siyavuş Novruzov: Heç kimi rəqib görmürük

Bakı. Elçin Mehdiyev - Trend:

90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərdə Yeni Azərbaycan Partiyasının təbliğat-təşviqat kampaniyası yüksək səviyyədə qurulub.

Bunu Trend-ə YAP icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

S.Novruzov həmin dairə üzrə namizədlərin YAP-ın namizədinə alternativ olmadığını bildirib: "Ağdaşda bizim 16 minə yaxın partiya üzvümüz var və onlar fəaldır. Görüşlər keçirilir, təbliğat-təşviqat işi yüksək səviyyədə gedir. Namizədlərin heç birini rəqib görmürük. İyunun 18-də nəticələr göz qabağında olacaq".

O əlavə edib ki, həmin dairə üzrə seçkiləri izləmək üçün YAP-dan 40 müşahidəçi təyin olunub.

Qeyd edək ki, 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilər 2016-cı il iyunun 18-nə təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti