...

Ağdaşda saat 15:00-a olan seçici fəallığı açıqlandı

Siyasət Materials 18 İyun 2016 15:58 (UTC +04:00)
Bu gün 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə keçirilən təkrar seçkilərdə seçici fəallığı açıqlanıb.
Ağdaşda saat 15:00-a olan seçici fəallığı açıqlandı

Bakı. Trend:

Bu gün 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə keçirilən təkrar seçkilərdə seçici fəallığı açıqlanıb.

Trend-in məlumatına görə, Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, saat 15:00-a seçici fəallığı 40,1 faiz olub.

Bu müddət ərzində dairə üzrə 40 203 seçicidən 16 114 seçici səs verib.

Qeyd edək ki, bu gün 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilər keçirilir.

Səsvermə saat 08:00-da başlayıb və 19:00-da başa çatacaq. Seçkiləri 500-dən artıq yerli və xarici müşahidəçi izləyəcək.

Seçkilərdə 7 namizəd iştirak edir. Bunlar Yeni Azərbaycan Partiyasından namizəd Cavid Osmanov, Ümid Partiyasından namizəd İqbal Ağazadə və bitərəf namizədlər Əli Haqverdiyev, Anar İbrahimli, Rəşid Gözəlov, Rəşad Abdullayev və Elmir Gözəlovdur.

Mərkəzi Seçki Komissiyasının 17 noyabr 2015-ci il tarixli iclasında 90 saylı Ağdaş seçki dairəsi üzrə beşinci çağırış Milli Məclisə seçkilərin nəticələri etibarsız hesab edilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti