Bakı. Trend:
Rusiya Xarici İşlər Nazirliyinin "İnstaqram" sosial şəbəkəsindəki rəsmi akkauntunda (mfarussia) Trend İnformasiya Agentliyinin fotoları yayımlanıb.
Paylaşım Rusiyanın xarici işlər naziri Sergey Lavrovun iyunun 11-12-də Bakı səfərinə həsr olunub.
Yazıda qeyd olunur: "Günəşli Bakı - qonaqpərvər və gözəl şəhər! Fotolar Azərbaycanın aparıcı informasiya agentliklərindən biri olan Trend tərəfindən Rusiyanın Azərbaycandakı səfirliyinin mətbuat attaşesi A.S.Məmmədovaya təqdim olunub".