Bakı. Anaxanım Hidayətova - Trend:
Azərbaycan, Rusiya və İran prezidentlərinin Bakıda keçiriləcək üçtərəfli görüşü "Cənub-Şərq" layihəsinin sonrakı tikinti və realizəsi prosesində vacib mərhələ olacaq.
Bunu Vaşinqtondakı "Gulf State Analytics"in məsləhətçisi, siyasi şərhçi Teodor Karasik Trend-ə deyib.
Onun sözlərinə görə, bu görüş həmin layihənin realizəsinə təkan verəcək və prosesi sürətləndirəcək.
T.Karasik qeyd edib ki, layihə yalnız iqtisadi deyil, həm də coğrafi layihə olmaqla geniş müzakirə və dəqiqləşmələr tələb edir.
Qeyd edək ki, Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşünün avqustun 8-də Bakıda keçirilməsi planlaşdırılır.