...

Avropa Parlamenti Azərbaycanda referendumun nəticələrinə hörmətlə yanaşacaq (YENİLƏNİB)

Siyasət Materials 9 Sentyabr 2016 17:41 (UTC +04:00)
Avropa Parlamenti Azərbaycanda qarşıdakı referendumun nəticələrinə hörmətlə yanaşacaq.
Avropa Parlamenti Azərbaycanda referendumun nəticələrinə hörmətlə yanaşacaq (YENİLƏNİB)

Bakı. Aygün Bədəlova - Trend:

Avropa Parlamenti Azərbaycanda qarşıdakı referendumun nəticələrinə hörmətlə yanaşacaq.

Trend-in məlumatına görə, bunu Bakıda jurnalistlərə Avropa Parlamentinin vitse-prezidenti Riçard Çarnetski deyib.

O bildirib: "Xalqın iradəsi bizim üçün daha vacib faktordur".

R.Çarnetski qeyd edib ki, Bakıya onunla birlikdə Azərbaycanda ilk dəfə olan Avropa Parlamentinin İtaliya və Polşadan nümayəndələri də gəliblər: "Onlar üçün bu görüşlər və bu səfər Azərbaycan mədəniyyəti, tarixi və siyasətinin ilk dərsi idi".

Onun sözlərinə görə, Aİ və Azərbaycan təkcə iqtisadi deyil, həm də digər sahələrdə əməkdaşlığı inkişaf etdirməlidirlər: "Bizim üçün bu səfər çox əhəmiyyətlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti