Nazir: Regionda uzunsürən münaqişələr həll olunmadan regional əməkdaşlığın faydasından bəhrələnmək uğursuzluğa düçar olacaq

Nazir: Regionda uzunsürən münaqişələr həll olunmadan regional əməkdaşlığın faydasından bəhrələnmək uğursuzluğa düçar olacaq

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv dövlətlərin Nazirlər Şurasının növbədənkənar iclasında çıxış edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, E.Məmmədyarov bildirib ki, bu gün, qlobal iqtisadi fəallığın zəifləməsi, enerji, nəqliyyat və digər qarşılıqlı bağlantılı komponentlərin təsirləri ilə qarşılaşmaq təcrübəsi ölkələrimizin iqtisadi və ticari baxımdan inkişafı üçün daha çox perspektiv vəd edir. Ona görə də nəqliyyatın, ümumən prioritet sahələr arasında əlaqəli məsələlərin inkişafının regional ticarətin artımı üçün mühüm şərt olmasını vurğulamaq vacibdir: "Regional və beynəlxalq tərəfdaşlar ilə əməkdaşlıq çərçivəsində Azərbaycanın təşəbbüskarı olduğu və həyata keçirdiyi enerji və nəqliyyat layihələri regional əməkdaşlığa töhfə verib. Biz fəal şəkildə Beynəlxalq Şimal-Cənub və Şərq-Qərb Nəqliyyat Dəhlizinin həyata keçirilməsində iştirak edirik. Trans-Xəzər Beynəlxalq Marşrutunun yaradılması və gələn il istifadəyə verilməsi gözlənilən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin tikintisi əhəmiyyətli layihələr sırasındadır.

Biz əminik ki, Şimal-Cənub Nəqliyyat Dəhlizinin tərkib hissəsi olan Qəzvin - Rəşt - Astara (İran) – Astara (Azərbaycan) dəmir yol layihəsinin erkən tamamlanması iqtisadi artıma yeni stimul verəcək, layihəyə cəlb olunan ölkələr, eləcə də bütün region üçün nəqliyyat imkanlarını genişləndirəcək. Ümumi maraq doğuran digər perspektivli sahə isə “Gündəlik 2030” və Davamlı İnkişaf Məqsədlərinə (DİM) uyğun olaraq davamlı enerji ehtiyatları sahəsi də daxil olmaqla davamlı inkişafda birgə fəaliyyətin gücləndirilməsidir".

Nzirin sözlərinə görə, Azərbaycan, həmçinin, Bakı şəhərində bərpa olunan enerjiyə dair Məlumat İnformasiya Şəbəkəsinin (MİŞ) yaradılması təşəbbüsünü irəli sürüb: "Azərbaycan özünün əməli fəaliyyəti ilə ECO-nun məqsəd və hədəflərinə töhfə verməkdə davam edir. Bu il biz, region daxili ticarət və sərmayə, o cümlədən ECO regionunda iqtisadi artım və inkişafın gücləndirilməsinə töhfə verəcək IV ECO Biznes Forumuna ev sahibliyi edəcəyik.

Ekoloji problemləri həll etmək üçün regional fəaliyyətin inkişafı ECO çərçivəsində əməkdaşlığın prioritet sahələri arasındadır. Bu gündəliyin tərkib hissəsi kimi Azərbaycan nəzərdə tutulan Milli səviyyədə Müəyyən edilmiş Töhfələrini təqdim etmək və İqlim Dəyişikliyinə dair Paris Sazişini imzalamaqla qlobal iqlim sabitliyinə nail olunması istiqamətində iqlim dəyişikliyinə qarşı mübarizə üzrə beynəlxalq səylərə qoşulub.

Elm və tədqiqat sahəsində hazırkı səmərəli əməkdaşlıq ECO layihələrinin müəyyənləşdirilməsi və hazırlanması işində təşkilatın potensialını artırır.

Bu baxımdan, biz inanırıq ki, Bakı şəhərində ECO Tədqiqat Mərkəzinin tez bir zamanda yaradılması səmərəli iqtisadi layihələr, tədqiqat proqramları, o cümlədən region ölkələri üçün iqtisadi modellərin hazırlanması yolu ilə ECO-nun gələcək inkişafına öz töhfəsini verəcək".

E.Məmmədyarov bildirib ki, Azərbaycan həmçinin, regional xarakter daşıyan iqtisadi layihələrin uğurla həyata keçirilməsi üçün regional səviyyəli faydalı layihələrin, habelə BMT-nin ixtisaslaşmış qurumları və beynəlxalq maliyyə institutları ilə daha sıx əməkdaşlığın həyata keçirilməsinin təşviq edilməsini məqsədəuyğun hesab edir: "Şuranın bundan əvvəlki iclaslarında təşkilat çərçivəsində əməkdaşlığın mövcud mexanizmini inkişaf etdirmək üçün kreativ yol və vasitələrin tapılmasının zəruriliyini vurğulamışdıq. Hazırda hazırlanmaq mərhələsində olan yeni ECO Baxış 2016-2025 sənədi bütün üzv dövlətlərin maraqlarını əks etdirməlidir. Bu islahatlar prosesi ECO daxilində hazırkı institutlar və fəaliyyətin səmərəliliyinin artırılması məqsədi daşımalıdır.

Azərbaycan ECO-nun daha da inkişafı naminə fəaliyyətlərin hazırlanması imkanları ilə təmin edə biləcək birgə səylərlə müşayiət olunan islahatlar prosesini dəstəkləyir".

Regionda uzunsürən münaqişələr həll olunmadan, təhlükəsizlik və sabitlik təmin edilmədən ECO hərtərəfli regional əməkdaşlığın faydasından bəhrələnməkdə uğursuzluğa düçar olacağını deyən nazirin sözlərinə görə, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən hərbi işğalının davam etməsi iqtisadi inkişaf üçün hələ də qeyri-sabitlik və maneə mənbəyi olaraq qalır: "Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılması, həmçinin qaçqın və məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmasının təmin edilməsi təkcə Cənubi Qafqazda sülh və təhlükəsizliyə töhfə verməyəcək, eyni zamanda tamhüquqlu region daxili əməkdaşlığı gücləndirəcəkdir".

Goranboyda yaşayış yerini tərk edən koronavirus xəstələri məsuliyyətə cəlb edilib
Goranboyda yaşayış yerini tərk edən koronavirus xəstələri məsuliyyətə cəlb edilib
8 kiloqrama yaxın heroin ələ keçirildi (FOTO/VİDEO)
8 kiloqrama yaxın heroin ələ keçirildi (FOTO/VİDEO)
Qubada karantini pozan çayxana aşkar edilib (FOTO)
Qubada karantini pozan çayxana aşkar edilib (FOTO)
Loading Bars
Xəbər lenti
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində olublar
Azərbaycanda istehsal olunan minik avtomobillərinin sayı açıqlanıb
Füzuli şəhərinin yenidən qurulmasının, canlandırılmasının vaxtı gəlib çatıb - Əlcəzair səfiri (FOTO)
Azərbaycanın Rus İcması Prezident İlham Əliyevə müraciət edib
Seyran Ohanyana qarşı daha bir maddə ilə ittiham irəli sürülüb
Rusiyalı zabit Qarabağda mina partlaması nəticəsində yaralanıb
Paşinyanın istefasını tələb edən siyasətçi aclıq aksiyasına başlayıb
İctimai iaşə müəssisələrində karantin tələblərinin tətbiqi üzrə əlaqələndirici şəxs olacaq
Birinci vitse-prezident Mehriban Əliyeva: Azərbaycan bayrağına, Azərbaycan əsgərinə, Azərbaycan xalqına eşq olsun (VİDEO)
İşğaldan azad olunan ərazilərdə aparılan ilkin monitorinqin nəticələri UNESCO və ISESCO-ya təqdim olunub
İnformasiya əldə etmək hüququnun təmin edilməsi istiqamətində Ombudsmanın fəaliyyəti inkişaf etdirilib
Prezidentə yazırlar: Sizin müdrik rəhbərliyiniz sayəsində ölkəmiz öz ərazi bütövlüyünü bərpa etdi
Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstagram" səhifəsində Ağdamdan görüntülər paylaşılıb (VİDEO)
Paytaxtın küçə və prospektlərində sıxlıq müşahidə edilir - BNA (FOTO)
Abşeronda COVID-19 infeksiyası ilə bağlı genişmiqyaslı reydlər bu gün də davam etdirilib (FOTO)
Fransada Nikolya Sarkozinin məhkəmə prosesi başlayıb
“Virtual təhsilə dəstək” layihəsinə start verilib
Azərbaycanda benzin istehsalı artıb
İran Qız Qalası su anbarından istifadəyə hazırlaşır
Noyabrın 24-də manatın dollara qarşı məzənnəsi
Bizə güclü ordu barədə nağıl danışırdılar - Erməni biznesmen (VİDEO)
Azərbaycan əhalisinin gəlirləri açıqlanıb
Dillər Universiteti Fransa səfirliyi ilə birgə keçirəcəyi konfransı təxirə salıb
Minsk qrupu uzunmüddətli və dayanıqlı həll üzrə danışıqlara kömək göstərməlidir - Almaniya səfiri (MÜSAHİBƏ)
Müharibə bitsə də, Ermənistan hərbçiləri acınacaqlı vəziyyətdədir (VİDEO)
"Azəriqaz" Vətən müharibəsində şəhid olan və yaralanan hərbçilərin qaz borcuna güzəşt edəcək
"Zəfər tariximiz" onlayn respublika intellektual yarışmasına start verilib
“Azərbaycan Sənaye Korporasiyası” ASC və “Deloitte & Touche” Məhdud Məsuliyyətli Auditor Cəmiyyəti arasında müqavilə imzalanıb
Mərkəzi Elmi Kitabxanaya yeni direktor təyin edildi
“Elektron ipoteka və kredit zəmanət” sistemi haqqında Əsasnamə”də dəyişiklik edilib
Azərbaycanda 2187 nəfər COVID-19-a yoluxdu, 634 nəfər sağaldı, 29 nəfər vəfat etdi
Seyran Ohanyanla bağlı cinayət işi Hərbi Prokurorluqda istintaq edilir
Unibank hər kəs üçün 0% komissiyalı onlayn kredit kampaniyası keçirir
Vergi Məcəlləsində dəyişiklik edilib
Mədəniyyət Nazirliyi Fransanın mədəniyyət xadimlərini dürüst və qərəzsiz olmağa çağırıb
AQTA sahibkarlara və istehlakçılara müraciət etdi
İşğaldan azad edilən rayonlarda turizm necə təşkil olunacaq? - Agentlik açıqladı (ÖZƏL)
Azərbaycanlı alimlər dünyanın ən nüfuzlu elm adamları siyahısına daxil edilib
Yağıntılı hava pambıq yığımına ciddi təsir etməyib - Nazirlik
Səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına dəyişiklik edilib
KOBİA-nın səlahiyyəti artırılıb
Yaşayış yerini tərk edən “COVİD-19” xəstəsi barədə araşdırma aparılır
Rusiya və Ukrayna vətəndaşları Azərbaycandan vətənlərinə qayıda biləcəklər
Avropa Şurasının Baş katibi atəşkəs razılaşmasını alqışladığını bəyan edib
Əmlakın siyahıya alınması qaydasında dəyişiklik edilib
Ötən həftə "Virtual məktəb" vasitəsilə 6 milyona yaxın dərs keçirilib
Paşinyan, niyə torpaqları dərhal qaytarmadın? - Erməni etirazçı
Ermənistan Müdafiə nazirinin müavini vəzifəsindən azad edildi
İranda koronavirusdan ölənlərin sayı 45 mini keçib
Şəhid ailələri və müharibə əlillərinə ev verilib
İlahiyyat İnstitutunda Birdəfəlik dissertasiya şurası yaradılıb
Paşinyan mühafizəçilərinin sayını 4 dəfə artırıb, görüşlərə gizlin gedir: bundan o tərəfi varmı? - Şərh
Mingəçevir Dövlət Universiteti və Almaniyanın Siegen Universiteti arasında birgə layihənin icrasına start verilib (FOTO)
Goranboyda yaşayış yerini tərk edən koronavirus xəstələri məsuliyyətə cəlb edilib
Ermənistanda itkin düşən əsgərlərin yaxınları etiraz edir (VİDEO)
“Elektron ipoteka və kredit zəmanət” sistemi haqqında əsasnamədə dəyişiklik edilib
Türkiyəyə səfər edən azərbaycanlıların sayı azalıb
Azərbaycan Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan barəsində axtarış elan edib
8 kiloqrama yaxın heroin ələ keçirildi (FOTO/VİDEO)
Biz Qarabağı cənnətə çevirəcəyik - Azərbaycanın xalq artisti
Fars körfəzi dəmiryolu ilə Xəzərə birləşəcək
Qubada karantini pozan çayxana aşkar edilib (FOTO)
Ermənistandan tələb ediləcək kompensasiyanın məbləği kifayət qədər böyük olacaq - Deputat
Sabah hava yağmursuz keçəcək
Macarıstanda təhsil almaq istəyənlər üçün sənəd qəbuluna başlanıldı
Azad olunmuş ərazilərdə 2000-dək ağac əkilib, növbəti aksiya Qubadlı və Cəbrayılda keçiriləcək - Nazir müavini (ÖZƏL)
Çəltikçilikdə orta məhsuldarlıq göstəriciləri yüksəlib
İşğaldan azad olunmuş ərazilərin post-konflikt dövründə bərpa prosesi
Müəllim, şagird, valideynlər üçün onlayn “Psixoloq saatı" fəaliyyətə başlayıb
Bir çox əcnəbi məhkum karantinə əməl edilməklə ölkəsinə təhvil verilib
Ədliyyə strukturlarında koronavirusla bağlı preventiv işlər gücləndirilib - Nazir
Paytaxtda mövsümi ağacəkmələr aparılır (FOTO)
Qarabağ regional ədliyyə idarəsi təsis olunub - Fikrət Məmmədov
Beynəlxalq təşkilatlar ermənilərin əsirlərə qarşı vəhşiliklərinə susurlar - Deputat
Yuxularımda Ağdamı o qədər görmüşəm ki - Nəzakət Teymurova
Dövlət Yanğın Nəzarəti Xidməti azad olunmuş ərazilərdə fəaliyyətə başlayıb
Goranboyda polisə müqavimət göstərən şəxs saxlanıldı
Azad olunan ərazilərimizdəki dəhşətli mənzərə erməni vəhşiliyinin daha bir bariz nümunəsidir - Deputat
“AzerGold” istiqrazlarının ikinci tranşı üzrə hərrac keçiriləcək
Dövlətçilik tariximizin ən şərəfli səhifələri yazılır - Pərvin Kərimzadə
Netanyahu Səudiyyə Ərəbistanına gizli səfər edib
Azərbaycanda sahibkarlar banan yetişdirməyə başlayıb
Rusiyada koronavirusa yoluxma rekordu qeydə alındı
Kəlbəcər bizi gözləyir (FOTO)
“Ziraat Bank Azərbaycan”dan yeni “Səmərəli Əmanət”!
Ağdam erməni vandalizmindən əvvəl və sonra (FOTO)
Polis koronavirus xəstəsini işlədiyi ət dükanında aşkarladı
Azər Türk Bankın yeni filialı fəaliyyətə başladı (FOTO)
FHN koronavirus təhlükəsi ilə bağlı əhaliyə müraciət edib (VİDEO)
Sərnişin daşıyan koronaviruslu taksi sürücüsünə cinayət işi başlandı
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Bakıda daha bir yol qəzası tıxaca səbəb oldu - Avtobuslar gecikir (FOTO)
BNA hava şəraitinə görə sürücü və piyadalara müraciət etdi
Son hadisələr Fransanın həmsədr kimi fəaliyyətinə son qoyulmasını labüd edib - Naqif Həmzəyev
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Biabırçı kapitulyasiyadan sonra heç kim bizə hörmət etmir - Erməni siyasətçi
Türkiyədən Azərbaycana elektrik avadanlıqlarının ixracı artıb
Kiyevdə “Qarabağ Azərbaycandır!” bilbordu quraşdırılıb
Kəlbəcərdəki Xudavəng monastırı Azərbaycan xalqının əcdadlarına mənsub olub - Tarixçi alim
Gəncədə evdən icazəsiz çıxan koronavirus xəstələri saxlanılıb
Bütün xəbərlər