...

Azərbaycanla BƏƏ qarşılıqlı vizasız rejimə keçə bilər

Siyasət Materials 4 Oktyabr 2016 16:01 (UTC +04:00)
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Azərbaycana hər iki ölkənin vətəndaşları üçün qarşılıqlı vizasız rejim tətbiq etməyi təklif edir.
Azərbaycanla BƏƏ qarşılıqlı vizasız rejimə keçə bilər

Bakı. Səba Ağayeva - Trend:

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Azərbaycana hər iki ölkənin vətəndaşları üçün qarşılıqlı vizasız rejim tətbiq etməyi təklif edir. Bunu Trend-ə Azərbaycanın BƏƏ-dəki səfiri Daşqın Şikarov deyib.

Səfirin sözlərinə görə, hazırda diplomatik və xidməti pasportlara malik şəxslər üçün vizasız rejim mövcuddur, 2015-ci ildən isə BƏƏ vətəndaşları sadələşdirilmiş viza sisteminin əsasında Azərbaycana gəlirlər:

"İndi həm Azərbaycan, həm də Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları üçün vizasız rejim tətbiq olunması təklif edilir. Hazırda məsələyə baxılır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti