...

İlham Əliyev Venesuela Prezidenti ilə görüşüb (YENİLƏNİB) (FOTO)

Siyasət Materials 10 Oktyabr 2016 11:03 (UTC +04:00)
Bu gün İstanbulda Azərbaycan Prezidenti İlham Əliyevin və Venesuela Prezidenti Nikolas Maduronun görüşü olub.
İlham Əliyev Venesuela Prezidenti ilə görüşüb (YENİLƏNİB) (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Bu gün İstanbulda Azərbaycan Prezidenti İlham Əliyevin və Venesuela Prezidenti Nikolas Maduronun görüşü olub.

Görüşdə ölkələr arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğu bildirilib. Azərbaycanın və Venesuelanın BMT və digər beynəlxalq təşkilatlarda bir-birini dəstəklədiyi vurğulanıb, Qoşulmama Hərəkatı çərçivəsində ölkələrin əməkdaşlığı qeyd edilib.

Dövlət başçıları ölkələr arasında müxtəlif sahələrdə əlaqələrin möhkəmləndirilməsi üçün səylərin artırılmasının vacibliyini vurğulayıblar. İqtisadi münasibətlərin genişləndirilməsi üçün çox yaxşı potensialın olduğu bildirilib. Neft istehsalçısı və ixracatçısı olan Azərbaycanın və Venesuelanın OPEC və qeyri-OPEC dövlətləri ilə əlaqələrinin intensivləşdirilməsinin əhəmiyyəti qeyd olunub. Həmçinin müxtəlif sahələrə, o cümlədən energetika sahəsinə qarşılıqlı investisiyalar yatırılması üçün yaxşı imkanların olduğu bildirilib.

Söhbət zamanı turizm sahəsində əlaqələrin genişlənməsində viza rejiminin sadələşdirilməsinin yaxşı imkan yaradacağı diqqətə çatdırılıb. Turizm, mədəniyyət, kənd təsərrüfatı, maliyyə və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə müxtəlif səviyyəli qarşılıqlı səfərlərin gələcəkdə ölkələrimizin münasibətlərinin dərinləşməsi işinə xidmət edəcəyi vurğulanıb. Neftin qiymətinin sabitləşdirilməsinin önəminə toxunularaq, bunun üçün OPEC və qeyri-OPEC dövlətləri arasında qarşılıqlı fəaliyyətin həyata keçirilməsinin əhəmiyyəti qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti