Bakı. Trend:
Bosniya və Herseqovinanın xarici işlər naziri İqor Çrnadak 1-2 dekabr tarixlərində Azərbaycanda rəsmi səfərdə olacaq.
Azərbaycan Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində İ.Çrnadakın dekabrın 1-də xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulub.