...

Aktauda Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub (FOTO)

Siyasət Materials 30 Dekabr 2016 13:26 (UTC +04:00)
Azərbaycanın Qazaxıstanın Aktau şəhərindəki Baş konsulluğu tərəfindən 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı tədbir keçirilib.
Aktauda Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub  (FOTO)

Bakı. Trend:

Azərbaycanın Qazaxıstanın Aktau şəhərindəki Baş konsulluğu tərəfindən 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı tədbir keçirilib.

Konsulluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə Aktau şəhərinin ali təhsil müəssisələrində təhsil alan azərbaycanlı tələbələr, Aktau şəhərinin 6 saylı məktəbində fəaliyyət göstərən Azərbaycan dilini, ədəbiyyatını və tarixini tədris edən Bazar günü məktəbinin şagirdləri, Manqistau vilayətində fəaliyyət göstərən azərbaycanlıların “Dostluq” milli-mədəni cəmiyyətinin rəhbərliyi iştirak ediblər.

Tədbirin açılışında Azərbaycanın dövlət himni səsləndirilib. Sonra Azərbaycan Prezidenti İlham Əliyevin 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə müraciəti oxunub. Azərbaycanın Aktau şəhərindəki Baş konsulluğunun rəhbəri Elxan Zeynalov çıxış edərək, Ümummilli Lider Heydər Əliyev tərəfindən elan edilmiş və dünyanın müxtəlif ölkələrində yaşayan çoxsaylı azərbaycanlıları birləşdirən – “31 dekabr Dünya azərbaycanlılarının həmrəylik günü” haqqında məlumat verib. O, müasir dövrdə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən respublikamızın xarici siyasəti və qazandığı nailiyyətlərdən danışaraq, xaricdə yaşayan azərbaycanlılara Azərbaycan hakimiyyətinin dövlət qayğısından söhbət açıb.

Daha sonra azərbaycanlıların “Dostluq” milli-mədəni cəmiyyətinin ağsaqqallar şurasının sədri professor Yusif Quliyev və Ş.Yesenov adına Kaspiy Dövlət Texnologiya və Mühəndislik Universitetində fəaliyyət göstərən “Azərbaycan Respublikasının tarixi və mədəniyyətinin tədqiqatı Mərkəzi”nin sədri Zakir Əkbərov çıxış edərək 31 dekabr - Dünya azərbaycanlılarının həmrəylik gününün əhəmiyyəti, müasir dövrdə Ermənistanın Azərbaycana qarşı davam etməkdə olan təcavüzü şəraitində azərbaycanlıların daha sıx birləşməsinin vacibliyindən danışıblar. Çıxışlardan sonra azərbaycanlı tələbər və Bazar günü məktəbinin şagirdləri tərəfindən Azərbaycana həsr olunmuş şeirlər səsləniv, rəqslər ifa olunmuş, Şaxta baba və qar qızının iştirakı ilə yeni il şənliyi keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti