...

PA rəsmisi: Lapşinin Azərbaycana ekstradisiyası tam qanunidir

Siyasət Materials 10 Fevral 2017 12:34 (UTC +04:00)
Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfər etmiş Rusiya və İsrail vətəndaşı, bloqer Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası tam qanunidir.
PA rəsmisi: Lapşinin Azərbaycana ekstradisiyası tam qanunidir

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfər etmiş Rusiya və İsrail vətəndaşı, bloqer Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası tam qanunidir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri, Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsindəki daimi nümayəndəsi Çingiz Əsgərov bu gün Milli Məclisdə “Beynəlxalq cinayətlərin qarşısının alınması və onları törədən şəxslərin cəzalandırılması haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Ç.Əsgərov qeyd edib: "Bəzən deyirlər ki, onun Azərbaycana gətirilməsi o qədər də əhəmiyyətli deyil. Bu, yanlış yanaşmadır. Bizim həyata keçirdiyimiz iş qanun çərçivəsindədir. Bundan sonra Azərbaycanın işğal olunmuş torpaqlarına qanunsuz səfər edənlər məsuliyyəti dərk edəcəklər. Bu istiqamətdə tədbirlərimiz davam edəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti