...

Müdrik siyasi və dövlət xadimi Prezident İlham Əliyev Azərbaycanın düşmənlərini ölkəmizin tərəfdaşına necə çevirir?

Siyasət Materials 13 Aprel 2017 15:34 (UTC +04:00)
“Prezident İlham Əliyevlə söhbət etmək çox maraqlı idi. Mən bu söhbətə görə Prezidentə təşəkkür etmək istərdim. O, mənə çox gözəl təsir bağışladı. Mən gördüm ki, İlham Əliyev olduqca savadlı, yüksək təfəkkürlü siyasətçidir - əsl dövlət xadimidir”.
Müdrik siyasi və dövlət xadimi Prezident İlham Əliyev Azərbaycanın düşmənlərini ölkəmizin tərəfdaşına necə çevirir?

Bakı. Trend:

Müdrik siyasi və dövlət xadimi Prezident İlham Əliyev Azərbaycanın düşmənlərini belə, ölkəmizin tərəfdaşına çevirir

Aprelin 7-də Azərbaycan Prezidenti İlham Əliyev Ümumrusiya Dövlət Teleradio Şirkətinin teleradio aparıcısı Vladimir Solovyovla görüşüb.

Prezident İlham Əliyev Azərbaycanda gedən inkişaf prosesləri barədə danışarkən qeyd edib ki, ölkəmiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəal işlər görülür. Dövlətimizin başçısı, həmçinin Azərbaycanın tarixi və bugünkü reallıqları barədə söhbət açaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini diqqətə çatdırıb. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan ilə Rusiya arasında bütün digər sahələrdə olduğu kimi, humanitar əlaqələr, o cümlədən media sahəsində də uğurlu əməkdaşlıq həyata keçirilir.

Qeyd etmək lazımdır ki, Vladimir Solovyov dövlət başçısı İlham Əliyev ilə sadəcə görüşüb və bu, müsahibə xarakteri daşımırdı. Telejurnalist də vurğulayıb ki, Bakıya səfərinin məqsədi məhz Prezidentlə görüşmək idi. Özünün dediyi kimi, “dövlətlərin liderləri ilə söhbətlər həmişə çox maraqlıdır”. Teleaparıcı Azərbaycana səfər etməyə də çoxdan hazırlaşdığını da bildirib.

Bu görüşdə diqqəti çəkən başlıca məqamlardan biri oldur ki, Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkətinin (VQTRK) teleaparıcısı, tanınmış jurnalist Vladimir Solovyov milyonlarla tamaşaçı auditoruyası qazanmış verilişlərində daim ermənipərəst, hətta demək olar ki, antiazərbaycan mövqeyi ilə seçilib. Lakin Prezident İlham Əliyev kimi bənzərsiz və praqmatik idarəçilik qabiliyyətinə, yüksək intellektə, peşəkar diplomat istedadına malik nüfuzlu dövlət xadimi ilə görüşdən aldığı yüksək təəssürat, eləcə də dövlətimizin başçısının rəhbərliyi sayəsində Azərbaycanın vaxt baxımından qısa zaman kəsiyində əldə etdiyi ölçüyəgəlməz nailiyyətlərə və uğurlara şahid olması V.Solovyovun ümumilikdə Azərbaycan xalqı və dövləti haqqında əvvəlki yanlış mövqeyinin köklü surətdə dəyişməsinə səbəb olub.

Hətta V.Solovyev aprelin 11-də Vesti.FM kanalında “Pryamoy kontakt” verilişinin birbaşa efirində Azərbaycan Prezidenti ilə görüşünün hədsiz xoş təsiri altında olduğunu gizlətməyərək deyib: “Prezident İlham Əliyevlə söhbət etmək çox maraqlı idi. Mən bu söhbətə görə Prezidentə təşəkkür etmək istərdim. O, mənə çox gözəl təsir bağışladı. Mən gördüm ki, İlham Əliyev olduqca savadlı, yüksək təfəkkürlü siyasətçidir - əsl dövlət xadimidir”.

Vladimir Solovyov vurğulayıb ki, söhbət zamanı onu ən çox heyrətləndirən Prezident İlham Əliyevin təmkinliliyi və pozitiv ovqatı olub: “Mən gördüm ki, Azərbaycan Prezidenti hər bir məsələyə həssaslıqla yanaşır. Mən bunu Rusiya ilə tərəfdaşlıq münasibətləri barədə danışanda da hiss etdim. Biz Rusiya-Azərbaycan əlaqələrinin perspektivləri, həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli yolları barədə xeyli söhbət etdik”.

Beləliklə, bu görüş müdrik siyasi və dövlət xadimi Prezident İlham Əliyevin Azərbaycanın düşmənlərini belə, ölkəmizin tərəfdaşına çevirmək bacarığının daha bir bariz nümunəsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti