...

Nümayəndə heyətinin üzvü: AŞPA-nın Türkiyə ilə bağlı qərarı qeyri-obyektivdir

Siyasət Materials 26 Aprel 2017 19:18 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyasının Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarı qeyri-obyektivdir
Nümayəndə heyətinin üzvü: AŞPA-nın Türkiyə ilə bağlı qərarı qeyri-obyektivdir

Trend-i buradan izləyin

Bakı. Orxan Quluzadə - Trend:

Avropa Şurası Parlament Assambleyasının Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarı qeyri-obyektivdir.

Bunu Trend-ə Türkiyənin AŞPA-dakı nümayəndə heyətinin üzvü, Türkiyə Böyük Millət Məclisinin deputatı Suat Önal deyib.

Onun sözlərinə görə, Türkiyə qərarı siyasi hesab edir və vaxt keçdikdən sonra AŞPA öz səhvini başa düşəcək: “Türkiyə bir müddət əvvəl hərbi çevriliş cəhdinə məruz qalıb, terrorçuluqla aktiv şəkildə mübarizə aparır və çevriliş cəhdindən sonra demokratik strukturların normal işləməsi üçün bütün səyləri göstərir. Bu kontekstdə AŞPA-nın qərarı düzgün deyil”.

Deputat hesab edir ki, AŞPA-nın Türkiyə üzrə məruzəçiləri tərəfsiz olmayıb.

Qeyd edək ki, ötən gün AŞ PA-da böyük əksəriyyət Türkiyənin Avropa Şurası qarşısında öhdəliklərinin monitorinqi proseduruna qaytarılmasına səs verib.

Qətnamədə deyilir ki, Assambleya Türkiyədəki hadisələrin monitorinqini möhkəmləndirmək və fəallaşdırmaq niyyətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti