...

Rauf Əliyev: IV İslam Həmrəyliyi Oyunları İslam dünyasında həmrəyliyin daha da gücləndirilməsi üçün mühüm addım oldu

Siyasət Materials 23 May 2017 11:16 (UTC +04:00)
Bakı-2017 İslam Həmrəyliyi Oyunları İslam dünyasında həmrəyliyin daha da gücləndirilməsi istiqamətində mühüm addım oldu.
Rauf Əliyev: IV İslam Həmrəyliyi Oyunları İslam dünyasında həmrəyliyin daha da gücləndirilməsi üçün mühüm addım oldu

Bakı. Trend:

Bakı-2017 İslam Həmrəyliyi Oyunları İslam dünyasında həmrəyliyin daha da gücləndirilməsi istiqamətində mühüm addım oldu.

Bunu Trend-ə Milli Məclisin deputatı Rauf Əliyev deyib.

R.Əliyev bildirib ki, bütün İslam aləminin diqqət mərkəzində olan, eləcə də dünyanın diqqətini özünə cəlb edən IV İslam Həmrəyliyi Oyunları artıq tarixə çevrildi: "Mayın 22-də Azərbaycan paytaxtında Bakı Olimpiya Stadionunda Oyunların möhtəşəm bağlanış mərasimi keçrildi. Bağlanış mərasimi də açlış mərasimi kimi çox möhtəşəm, Azərbaycanın yüksək inkişaf səviyyəsini, İslam dəyərlərini, müasirliyi əks etdirən, yüz milyonlarla tamaşaçı auditoriyasını valeh edən bir beynəlxalq idman tədbiri kimi uzun müddət yaddaşlarda qalacaq. On gün ərzində İslam dünyasını təmsil edən 54 ölkədən 3 mindən çox idmançı beynəlxalq standartlara cavab verən idman obyektlərində 268 medal dəsti uğrunda yarışdı. Bakı-2017 İslam Həmrəyliyi Oyunları bundan qabaq keçrilmiş Oyunlardan bir çox cəhətləri ilə fərqlənərək bu yarışlar tarixində yeni səhifə açdı. Əvvəlki Oyunlarda iştirakçı dövlətlərin 38 milli yığma komandaları tərəfindən cəmi 956 medal, o cümlədən 291 qızıl, 289 gümüş və 375 bürünc medal qazanılmışdısa, Bakı-2017 İslam Həmrəyliyi Oyunlarında ümumilikdə 40 yığma komanda tərəfindən 886 o cümlədən 269 qızıl, 267 gümüş və 350 bürünc medal qazanıldı. Bu, yarışların daha gərgin keçdiyinə, komandalar arasında rəqabətin daha yüksək olduğuna əyani sübutdur".

Onun sözlərinə görə, Azərbaycan idmançıları Avropa Oyunlarından, Rio-2016 Olimpiya Oyunlarından sonra növbəti tarixi qələbəyə imza atdılar: "Yığmamız ümumi komanda hesabında 1-ci yeri tutaraq ümumilikdə 162, o cümlədən 75 qızıl, 50 gümüş və 37 bürünc medal əldə edib. Bu, fantastik bir göstəricidir. Yada salmaq lazımdır ki, bundan qabaq keçirilmiş İslam Oyunlarında Azərbaycan yığması ümumilikdə 39 medal, o cümlədən 10 qızıl, 13 gümüş və 16 bürünc medal qazanmışdı. Bu nəticələr bir daha göstərir ki, Azərbaycan artq dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib".

R.Əliyev qeyd edib ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları böyük idman uğurları ilə yanaşı, eyni zamanda İslam dünyasında həmrəyliyin gücləndirilməsi, xalqlar və dövlətlər arasında dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində mühüm bir addım oldu: "Oyunların keçrildiyi günlərdə Azərbaycan, onun paytaxtı Bakı bütün İslam dünyasının diqqət mərkəzində idi. Azərbaycan bir daha sübut etdi ki, o, müasir dünyəvi bir dövlət olmaqla bərabər, eyni zamanda din və vicdan azadlığı bərqərar olan, tolerantlığın, multikulturalizmin yüksək səviyyədə qorunub saxlanıldığı, bu sahədə düyaya nümunə göstəriləcək bir ölkədir".

Millət vəkili əlavə edib ki, Azərbaycanın Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq bacarığı nəticəsində Bakı-2017 İslam Həmrəyliyi Oyunları çox yüksək səviyyədə təşkil olundu və böyük uğurla başa çatdı. Azərbaycan növbəti tarixi uğra imza atdı:

"Bütün bu naliyyətlər Azərbaycan Prezidenti cənab İlham Əliyevin hərtərəfli düşünülmüş, müdrik daxili və xarici siyasətinin həyata keçirilməsi nəticəsində Azərbaycanın yüksək sürətlə inkişaf edən, nəinki regionda eyni zamanda dünyada söz sahibi olan bir ölkəyə çevrilməsi nəticəsində əldə olunub. Qətiyyətlə demək olar ki, IV İslam Həmrəyliyi Oyunlarını bu səviyyədə keçirtməklə Azərbaycan İslam Həmrəylik Oyunlarının yeni standartlarını müəyyənləşdirdi. Son illərdə Azərbaycanın irimiqyaslı beynəlxalq idman tədbirlərinə uğurla ev sahibliyi etməsi düşünməyə əsas verir ki, Azərbaycan artıq daha böyük idman tədbirini - Yay Olimpiya Oyunlarını keçirməyə namizəd ölkələrdən birinə çevrilib. İnanırıq ki, yaxın illərdə Azərbaycan bu məqsədinə də nail olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti