...

Malena Mard: Aİ və Azərbaycan arasında əməkdaşlıq bizim üçün mühüm rol oynayır

Siyasət Materials 7 İyun 2017 12:28 (UTC +04:00)
Avropa İttifaqı (Aİ) Azərbaycanın təhsil sisteminə xüsusi önəm verir.
Malena Mard: Aİ və Azərbaycan arasında əməkdaşlıq bizim üçün mühüm rol oynayır

Trend-i buradan izləyin

Bakı. İlhamə İsabalayeva - Trend:

Avropa İttifaqı (Aİ) Azərbaycanın təhsil sisteminə xüsusi önəm verir.

Trend-in məlumatına görə, bunu Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard “Peşə təhsili və təliminin inkişafına Avropa İttifaqının dəstəyi” texniki yardım layihəsinin açılış konfransında çıxışı zamanı bildirib.

O bildirib ki, iyul ayından Aİ ilə Azərbaycan arasında 4 yeni qrant layihə başlayacaq:

"Bunların hamısı məhz fərdi peşə mərkəzlərinin müasirləşdirilməsinə yönələcək. Birgə yanaşma hazırda ölkədə aparılan islahatlara gələcək töhfəsini verəcək”.

M.Mard qeyd edib ki, Aİ və Azərbaycan arasında əməkdaşlıq bizim üçün mühüm rol oynayır:

"Peşə təhsilinin və təliminin inkişafı iqtisadiyyatın diversifikasiyasının, Azərbaycanda aparılan iqtisadi islahatların, ali təhsillə birlikdə insan resursları bazasının əsasını təşkil edir. Bu sistem bazara təkrar və yeni daxil olanlar üçün imkanları genişləndirir. Peşə təhsili və təlimi sisteminin təkmilləşdirilməsi düzgün istiqamətdə aparılmalıdır. Bununla bağlı Avropa İttifaqı böyük təcrübəyə malikdir. Peşə təhsilində yaxşı, keyfiyyətli müəllimlər, instrukturlar, təlimatçılar olmalıdır. Bundan başqa, bazarın tələblərinə cavab verən düzgün məzmun, kurrikulum, proqram lazımdır. Bu da təlim materiallarının vacibliyini təmin edir və təhsil prosesinə dəstək göstərir. Bunlar elə bir dildə olmalıdır ki, tələbələr tərəfindən asanlıqla başa düşülsün, tətbiq oluna bilsin”.

O əlavə edib ki, peşə təhsili sonradan məşğulluğa gətirib çıxarmalıdır:

"Yeni layihə Azərbaycanda peşə təhsilinin inkişafına Avropa İttifaqının dəstəyi proqramı layihəsi, eyni zamanda Avropa İttifaqının Azərbaycana dəstəyini özündə ehtiva edir. Azərbaycanın islahatlarını gələcəkdə də dəstəkləyəcəyik. Biz təhsil istiqamətində daha geniş şəkildə işləyirik. Bu gün təqdimatı keçirilən və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən layihə bir daha onu göstərir ki, Avropa İttifaqı Azərbaycanın təhsil sisteminə nə qədər önəm verir. Milli ixtisaslaşma çərçivəsinin yaradılması, ali təhsil alt sektorlarının Avropa İttifaqının ən yaxşı təcrübə ilə uyğunlaşdırılması, tədqiqat və inkişaf qarşıda duran layihələrdən yalnız bir neçəsidir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti