...

Fransalı senator: Ermənistan ağıllanmasa, ona qarşı sanksiyalar tətbiq etmək lazımdır

Siyasət Materials 7 İyul 2017 17:02 (UTC +04:00)
Fransa Dağlıq Qarabağın Ermənistan tərəfindən qanunsuz işğalını tanımamalıdır.
Fransalı senator: Ermənistan ağıllanmasa, ona qarşı sanksiyalar tətbiq etmək lazımdır

Bakı. Elmira Tariverdiyeva - Trend:

Fransa Dağlıq Qarabağın Ermənistan tərəfindən qanunsuz işğalını tanımamalıdır.

Bunu Trend-ə Fransalı senator, Senatın xarici işlər komitəsinin sədr müavini Natali Qule deyib.

O qeyd edib ki, artıq fəaliyyət göstərmək zamanı gəlib: “Əgər Ermənistanı şüurlu davranışa məcbur edə bilməsək, sanksiyalar prosesinə başlamalıyıq”.

N.Qule digər fransalı parlamentarilərlə birgə Azərbaycanın dinc sakinlərinin Ermənistan tərəfindən atəşə tutulması ilə bağlı Fransa prezidentinə müraciət imzalayıb.

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti