Prezident İlham Əliyev: Əsas vəzifəmiz təbii imkanlarımızdan, iqlim şəraitimizdən istifadə edərək maksimum dərəcədə kənd təsərrüfatını inkişaf etdirməkdir (FOTO) (YENİLƏNİB)

Prezident İlham Əliyev: Əsas vəzifəmiz təbii imkanlarımızdan, iqlim şəraitimizdən istifadə edərək maksimum dərəcədə kənd təsərrüfatını inkişaf etdirməkdir (FOTO) (YENİLƏNİB)

Bakı. Trend:

Əsas vəzifəmiz təbii imkanlarımızdan, iqlim şəraitimizdən istifadə edərək maksimum dərəcədə kənd təsərrüfatını inkişaf etdirməkdir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün Zaqatalada “AzRose” MMC-nin tikintisi davam edən qızılgül yağı istehsalı müəssisəsi ilə tanış olarkən deyib.

Dövlət başçısına müəssisə barədə məlumat verildi. Bildirildi ki, müəssisənin ümumi ərazisi 3 hektardır. Burada istehsalat bölməsi, anbar, ofis və digər infrastruktur obyektləri tikilib. Ərazidə suvarma məqsədləri üçün su tutumu 5 min kubmetr olan süni göl yaradılıb, damcı suvarma sistemi qurulub, kənd təsərrüfatı texnikaları alınıb, Türkiyədən bu sahədə təcrübəli aqronomlar dəvət edilib. Ərazidə 3 artezian quyusu qazılıb, qaz və elektrik xətləri çəkilib, müasir işıqlandırma sistemi qurulub və yaşıllıq zolaqları salınıb.

Diqqətə çatdırılıb ki, 2016-cı ilin oktyabr-noyabr aylarında Türkiyədən və Bolqarıstandan dəvət olunmuş mütəxəssislərin tövsiyələri əsasında Zaqatala rayonunun Aşağı Tala kəndində gülçülüyün inkişaf etdirilməsi məqsədilə 107 hektar torpaq sahəsi müəyyənləşdirilib. Bolqarıstandan gətirilmiş tinglərdən 82 hektarda “Dəməşq qızılgülü” və 25 hektarda “Lavanda” gülü növləri üzrə gül plantasiyaları salınıb. Bu plantasiyalarda ilkin mərhələdə təxminən 600 ton gül ləçəyinin toplanması nəzərdə tutulub. “Dəməşq qızılgülü”ndən istehsal olunan yağ həm məhsuldarlığına, həm də keyfiyyətinə görə ən yaxşısı hesab olunur. Bolqarıstandan gətirilmiş “Lavanda” gülü növünün Fransa və Türkiyə “Lavanda” növlərindən yağlılıq dərəcəsi 20 faiz çoxdur. İllik gücü 1250 ton yaş gül, 250 litr qızıl gül və 6 min litr “Lavanda” gül yağı olan müəssisədə istehsal edilən yağlar “AzRose” adı ilə bazarlara çıxarılacaq. Gələcəkdə isə həmin yağlardan istifadə etməklə müxtəlif ətriyyat, yuyucu, məişət və qida sənayesində istifadə olunan məhsulların istehsalı nəzərdə tutulur. Gül yağı istehsalı avadanlıqları Türkiyədən gətirilib. Müəssisədə 31 daimi və 600-ə yaxın mövsümi iş yeri açılacaq. Layihə gələcəkdə yerli əhalinin öz pay torpaqlarında qızılgül əkməklə bu sahənin daha da inkişaf etdirilməsinə şərait yaradacaq. Beləliklə, əhali yığdığı gül ləçəklərini müəssisəyə təhvil verməklə əlavə gəlir əldə edəcək.

Qeyd edək ki, dünya üzrə ildə 3 ton qızılgül yağı istehsal olunur ki, bunun da 50 faizi Türkiyə, 40 faizi Bolqarıstan, 10 faizi isə digər ölkələrin payına düşür. Azərbaycanda ilk mərhələdə istehsal olunacaq 125 litr qızılgül yağı dünya üzrə istehsalın 5 faizini təşkil edəcək. 2016-cı ildə dünya bazarında 1 litr qızılgül yağının qiyməti 10-12 min avro təşkil edib. Eyni zamanda, müəssisədə 3 min litr “Lavanda” yağının istehsalı nəzərdə tutulub. Ötən il dünya bazarında 1 litr “Lavanda” yağının qiyməti 100-130 avro təşkil edib. Müəssisənin məhsulları 2018-ci ildən dünya bazarına çıxarılacaq. Gələcəkdə digər bitki növlərinin efir yağlarının da istehsalı mümkün olacaq. Beləliklə, “Made in Azerbaijan” brendi ilə dünya bazarlarına çıxacaq məhsullarımızın sayı və çeşidi xeyli artacaq.

Azərbaycan Prezidenti İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri və müəssisənin kollektivi ilə görüşdü.

Dövlətimizin başçısı görüşdə çıxış etdi:

-Mən sizi ürəkdən salamlayıram. Zaqatala rayonunda yeni kənd təsərrüfatı və emal sənayesi sahəsi yaradılıb. Mən buna çox şadam. Çox yaxşı inkişaf göstəricisidir. Çünki Azərbaycanın hər bir bölgəsi, hər bir sahəsi uğurla inkişaf etməlidir.

Ölkəmizdə qızılgül istehsalı, xüsusilə Zaqatala rayonunda qızılgül yağının istehsalı əsrlər boyu inkişaf edib. Sovet dövründə bu sahəyə böyük diqqət göstərilmişdir. Ondan sonrakı illərdə nədənsə bu sahəyə o qədər də böyük diqqət göstərilmirdi. İndi mənim göstərişimlə bu sahə bərpa edilir. Yeni müasir müəssisə tikilir, yaxın vaxtlarda istifadəyə veriləcəkdir. Yüz hektardan çox sahədə qızılgül əkilibdir. Burada istehsal olunacaq qızılgül yağı həm daxili bazara, həm də xarici bazarlara ixrac ediləcək. Beləliklə, mənə verilən məlumata görə, artıq burada yüzlərlə insan işlə təmin edilib. 500-dən çox daimi və mövsümi iş yeri yaradılıb. Burada işləyənlər yaxşı maaş alacaqlar və ölkəmizə xeyir gətirəcəklər. Çünki indi əsas vəzifəmiz təbii imkanlarımızdan, iqlim şəraitimizdən istifadə edərək maksimum dərəcədə kənd təsərrüfatını inkişaf etdirməkdir.

Zaqatala rayonunda və qonşu rayonlarda hazırda çox sürətli inkişaf gedir. Ənənəvi kənd təsərrüfatı sahələri bərpa edilir, o cümlədən tütünçülük, baramaçılıq, fındıqçılıq geniş vüsət alıb. Biz gələcək illərdə dövlət proqramlarının qəbulu və icrası nəticəsində əkin sahələrini böyük dərəcədə artıracağıq və beləliklə, çox güclü kənd təsərrüfatı potensialı yaradılacaqdır.

Qızılgül yağı isə bizim üçün ənənəvi olan sahədir. Mütəxəssislərin rəyinə görə, bu yağı istehsal etmək üçün ən münbit şərait, torpaq, iqlim məhz Zaqatala rayonundadır. Ona görə, bu gözəl yeni müəssisə burada yaradılıb. Görürəm ki, artıq böyük sahədə qızılgül kolları əkilib. Əminəm ki, siz - burada işləyənlər yaxşı çalışacaqsınız, həm özünüz, həm dövlət üçün xeyir gətirəcəksiniz.

Ümumiyyətlə, Zaqatala rayonunun çox böyük sənaye, kənd təsərrüfatı potensialı var. Rayonun inkişafına xüsusi diqqət göstərilir. Bu, mənim Prezident kimi Zaqatala rayonuna səkkizinci səfərimdir və hər bir səfər zamanı önəmli obyektlərin açılışında iştirak etmişəm. Burada həm sosial obyektlər, həm sənaye müəssisələri istifadəyə verilib, Zaqatala aeroportu tikilib. İndi aeroportun zolağı uzadılır ki, böyük təyyarələr də enə bilsin. Diaqnostika Mərkəzi, Rayon Mərkəzi Xəstəxanası, Olimpiya Kompleksi, məktəblər, zəlzələdən sonra 8 mindən çox ev tikilib təmir edilmişdir. Yollar salınır, istehsalat sahələri istismara verilir. Tütün fabrikinin yenidən qurulması nəticəsində həm istehsal gücü artıb, həm də indi bu müəssisədə son məhsul istehsalını təmin etmək mümkündür. O cümlədən qızılgül sahəsində də yaxşı inkişaf var.

Mən əminəm ki, bu müəssisənin çox böyük və uğurlu fəaliyyəti olacaq. Dünyada qızılgül yağı istehsalı o qədər də geniş vüsət almayıb. Əsas istehsalçılar Türkiyə və Bolqarıstandır. Mənə verilən məlumata görə, istehsalın təqribən 90 faizi onların payına düşür. Biz isə bu müəssisənin və bu sahələrin yaradılması ilə birinci mərhələdə təqribən dünya istehsalının 5 faizini öz üzərimizə götürəcəyik. Əminəm ki, gələcəkdə bu sahələr daha da genişlənəcək. Müəssisənin fəaliyyəti də imkan verəcək ki, biz daha da böyük həcmdə qızılgül yağı istehsal edək. Yəni, hazırda bizim üçün ənənəvi olan və sovet vaxtında kəndlərə böyük xeyir gətirən sahələri demək olar ki, sürətli şəkildə bərpa edirik.

Mən sizi bu gözəl hadisə münasibətilə təbrik edirəm. Sizə uğurlar arzulayıram ki, burada yaxşı işləyəsiniz və dövlətimizə, xalqımıza xeyir gətirəsiniz. Bir daha təbrik edirəm.

X X X

Rayon ictimaiyyətinin nümayəndələri adından çıxış edən İlhamə Mehdiyeva göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirərək dedi:

-Möhtərəm cənab Prezident.

Sizin rəhbərliyinizlə son dövrlər ölkəmizdə aparılan uğurlu iqtisadi siyasət, keçmiş ənənəvi sahələrin yenidən bərpası ilə bağlı gördüyünüz işlər hər bir Azərbaycan vətəndaşı kimi, biz zaqatalalıları da çox sevindirir. Ölkəmizin hər bir bölgəsində ənənəvi sahələr olan pambıqçılıq, üzümçülük, tütünçülük və bu gün burada şahidi olduğumuz kimi, gülçülük yenidən bərpa olunur.

Möhtərəm cənab Prezident, Zaqatala hər zaman qızılgüllər diyarı kimi tanınıb. Lakin əvvəlki dövrlərdə bu sahə baxımsızlıqdan öz şöhrətini itirmişdi. Sizin qayğınızla bu gün Zaqatala öz keçmiş şöhrətini, qızılgüllər diyarı adını geri qaytarır. Sizin tapşırığınızla 100 hektardan çox ərazidə qızılgül və lavanda əkilib. Müasir tələblərə cavab verən zavod tikilir. Layihəyə əsasən ilkin dövrlərdə yüz ton gül ləçəyindən 30-35 kiloqram, gələcəkdə isə 500 ton gül ləçəyindən 125-130 kiloqramadək gül yağı istehsalı nəzərdə tutulub. Bu da öz növbəsində 600-dən çox yeni iş yerinin yaradılması deməkdir. Hazırda işin həcminə görə burada 100-150 nəfər işçi çalışır. İşçilərimiz hər bir şəraitlə, yüksək əməkhaqqı ilə təmin olunublar və bu da bizim sosial təminatımızın yaxşılaşmasında böyük rol oynayır.

Cənab Prezident, müəssisəmizdə xarici mütəxəssislərlə yanaşı, yerli kadrlar da işləyir. Mən Moskva Texnologiya İnstitutunun məzunuyam. Ağlıma belə gətirməzdim ki, bu gün doğma diyarımda belə gözəl müəssisə açılacaq və mən burada işləyəcəyəm.

Möhtərəm cənab Prezident, biz zaqatalalılara yaratdığınız bu şəraitə, göstərdiyiniz diqqətə və qayğıya görə Sizə və Mehriban xanıma dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Çox sağ olun.

Prezident İlham Əliyev: Sağ olun. Siz özünüz buralısınız, Moskvada oxumusunuz. Bu ixtisas üzrə təhsil almısınız?

İlhamə Mehdiyeva: Bəli.

Prezident İlham Əliyev: Çox yaxşı.

X X X

Rayon sakini Xəzangül Zeynalova dedi:

-Möhtərəm Prezidentimiz, qızılgüllər diyarı olan Zaqatala rayonuna xoş gəlmisiniz.

Prezident İlham Əliyev: Burada necə işləyirsiniz? Maaş necədir?

Xəzangül Zeynalova: Yaxşı işləyirik, maaş da yaxşıdır, güzəranımız yaxşılaşır.

Prezident İlham Əliyev: Əvvəllər haradasa işləyirdiniz?

Xəzangül Zeynalova: Xeyr, işləmirdim.

Prezident İlham Əliyev: Yəni, bu iş yaranandan sonra buraya cəlb olunmusunuz.

Xəzangül Zeynalova: Bəli. Buna görə Zaqatala rayonunun Tala kəndinin camaatı adından Sizə dərin təşəkkürümüzü bildiririk. Burada təkcə Tala kəndindən deyil, yaxın kəndlərdən də insanlar işləyirlər. Ümumilikdə burada 150-dən çox işçi çalışır. Maaşımız da bizi qane edir.

Prezident İlham Əliyev: Bu, mövsümi işdir, yoxsa burada daimi işləyirsiniz?

Xəzangül Zeynalova: Daimi işləyirik. Cənab Prezident, Siz ölkəmizdə, rayonlarımızda, kəndlərimizdə yeni iş yerləri açmısınız. Kəndimizdə tütün emalı zavodu, fındıq zavodu, bu gül bağları, gül yağı müəssisəsi buna nümunədir. İşləmək istəyənlər üçün kəndimizdə iş yerləri var. İşləmək istəməyənlər, boş-boş gəzənlər üçün iş yeri yoxdur.

Prezident İlham Əliyev: İşləmək istəyən özünə iş tapar.

Xəzangül Zeynalova: Cənab Prezident, Allah Sizi qorusun. Siz bizim üçün çox iş görürsünüz.

Prezident İlham Əliyev: Çox sağ olun. Zaqatala rayonunda son vaxtlar o qədər sürətli inkişaf gedir ki, indi doğrudan da işləmək istəyən özü üçün iş tapar. Fındıq bağlarının sahələri artırılır, rekord həddə çatıb. Mənə verilən məlumata görə, 17 min hektara çatıb. Sovet dövründə fındıqçılıq üçün heç vaxt bu qədər əkin sahələri olmayıb.

Tütünçülük inkişaf edir, istehsal artır, daha da artacaq. Fabrik ən son texnologiyalara əsaslanır. Biz bu ənənəvi sahəni bərpa etdik. Digər sənaye müəssisələri, süd zavodu, başqa istehsalat sahələri var. İndi nəinki Zaqatalada, ümumiyyətlə, hər bir bölgədə böyük maraq var. Kənd təsərrüfatına maraq artır. İnsanlar, hətta şəhərlərdə yaşayan insanlar da kəndlərə, torpağa qayıdırlar. Çünki qayğı var, diqqət var, vəsait ayrılır, suvarma işləri aparılır. Dövlət bu işləri öz üzərinə götürür. Misal üçün, fındıqçılığın, baramaçılığın inkişafı sırf dövlət siyasəti hesabına təmin edilir. Çünki dövlət həm tingləri, pöhrələri, eyni zamanda, baramaçılıq üçün xaricdən ipəkqurdu alır, kümçülərə pulsuz verir. Sadəcə olaraq kümçülər gərək bir ay, qırx gün əziyyət çəksinlər, məhsul yetişdirsinlər və ondan sonra böyük vəsait də əldə edirlər. Ona görə indi kənd təsərrüfatının inkişafı ilə bağlı çox ciddi proqramlar icra edilir. Siz də qeyd etdiniz, pambıqçılıq sürətlə inkişaf edir. Biz pambıqçılığın əkin sahələrini iki il ərzində böyük dərəcədə artırmışıq. Bu il 136 min hektarda pambıq əkilib. İki il bundan əvvəl cəmi 17 min hektarda əkilmişdi. Görün nə qədər insan işlə təmin edilib. Bütün bu işləri dövlət görür, texnikanı alır, o cümlədən tütünçülük, baramaçılıq, fındıqçılıq, pambıqçılıq üçün fermerlərə subsidiyalar verir. Həmçinin suvarma işlərini aparır, kreditlər verir. Sahibkarlara elə şərait yaradıb ki, onlar gəlib böyük sərmayə qoyurlar. Bu gülçülük sahəsinə qoyulan sərmayə də böyük sərmayədir. Baxın, ən müasir texnologiyalarla təmin edilmiş zavod. Bu, böyük vəsait tələb edir. Xaricdən mütəxəssislər cəlb edilib. İndi xarici bazarlara çıxmaq üçün araşdırmalar aparılır. Dövlət hər zaman sahibkarların, kəndlilərin yanındadır. Ona görə, mən çox şadam ki, belə gözəl sahə yaradılıb. Bu günə qədər işlə təmin olunmayan yüzlərlə insan burada iş tapıb işləyir, pul qazanır, evinə aparır, özü də razıdır, dövlət də razıdır. Sizə uğurlar arzulayıram. Yaxşı işləyin ki, işlər daha yaxşı getsin.

X X X

Sonra Prezident İlham Əliyev qızılgül sahələrinə baxdı.

Abşeronda ikimərtəbəli ev yanıb
Abşeronda ikimərtəbəli ev yanıb
Goranboyda silah-sursat tapılıb (FOTO)
Goranboyda silah-sursat tapılıb (FOTO)
Restorandan oğurluq edən gənclər saxlanılıb (FOTO)
Restorandan oğurluq edən gənclər saxlanılıb (FOTO)
Loading Bars
Xəbər lenti
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 468 mindən çox artıb
"Atalanta" futbol üzrə İtaliya Kubokunun yarımfinalına çıxdı
FED uçot dərəcəsini 0-0,25 faiz səviyyəsində saxlayıb
Biz hamımız, bütün xalqımız Şuşanı dirçəldəcəyik! - Prezident növbəti tapşırıqlarını verdi
Ərdoğan İlon Mask ilə telefon danışığı aparıb
Türkiyədə son sutkada koronavirusdan 8 803 nəfər sağalıb
Beynəlxalq Olimpiya Komitəsinin prezident seçkiləri videokonfrans formatında keçiriləcək
Abşeronda ikimərtəbəli ev yanıb
Gənclik strateji təfəkkür və yanaşma tələb edir - TƏHLİL
Azərbaycanın Türkiyəyə qaz ixracı 23 faizdən çox artıb
Ermənilər Qubadlının Saray kənd qəbiristanlığını belə dağıdıb (FOTO)
"SOCAR Construction" Mozır neft emalı zavodundan işlərin icrası barədə
Azərbaycanda yeni xalça fabriki fəaliyyətə başlayacaq
Füzuli və Ağdamda dağıntılar aradan qaldırılır: Vətəndaşlara yeni evlər tikilir - Trend TV-nin REPORTAJI
Məsut Özil: Azərbaycana salam göndərir və təşəkkürümü bildirirəm (VİDEO)
“Silk Way West Airlines” Yaponiyanın Narita şəhərinə ilk reysini edəcək
Sumqayıt Kimya Sənaye Parkında istehsal artıb
Dövlət Neft Şirkəti yeni inkişaf dövrünə qədəm qoyacaq - Mikayıl Cabbarov
Yaponiyanın səfiri ASAN xidmətdə (FOTO)
Rusiya, Azərbaycan və Ermənistan işçi qrupunun iclası yaxın zamanda keçirilə bilər - Rusiya XİN
Prezident İlham Əliyev Portuqaliyanın yenidən seçilən prezidentini təbrik edib
Füzuli rayonunun Xələfşə kəndi (FOTO/VİDEO)
Polis ticarət obyektlərinə nəzarəti gücləndirdi (FOTO/VİDEO)
Hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
Mədəniyyət naziri Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi ilə görüşüb (FOTO)
Yanvarın 28-nə USD/AZN rəsmi məzənnəsi
Qarabağın mövcud imkanları ilə regionda yeni inkişaf zonası yaranacaq - Könül Nurullayeva
Erməni təcavüzü nəticəsində Gəncədə dağılan evlər bərpa olunur (FOTO)
Konstitusiya Məhkəməsinə yeni hakim təyin olunacaq
QHT-lərə elektron xidmətlərin göstərilməsi ilə bağlı fərmanda DƏYİŞİKLİK edildi
Azərbaycanda tikinti ilə bağlı yeni tələbin qüvvəyə minmə vaxtı daha üç il uzadılır
Qarabağla bağlı üçtərəfli bəyanat ardıcıl şəkildə icra olunur - Putin
Ağsuda 305 tibb işçisi koronavirusa qarşı peyvənd olunub
Goranboyda silah-sursat tapılıb (FOTO)
Şəhid ailələrinə, müharibə əlillərinə və qazilərə dövlət qayğısı ən yüksək səviyyədədir - Cəlil Xəlilov
Azərbaycan qarşıdakı illərdə də İKT sahəsində daha böyük uğurlara imza atacaq - Vüqar Rəhimzadə
Qənirə Paşayeva 70 illik yubileyi münasibəti ilə Kamal Abdullanı təbrik edib (FOTO)
XİN-in sabiq əməkdaşlarının ev dustaqlığı müddəti uzadıldı
Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağa humanitar yardım göstərməlidir - Putin
ASCO şəhid olan əməkdaşların ailə üzvlərinə hər ay 250 manat ödəyəcək
DİM doktoranturaya yeni qəbul şərtlərini açıqladı
ABŞ şirkətləri işğaldan azad edilmiş ərazilərin bərpasına hazırdır - Səfir (FOTO)
Azərbaycanda 601 nəfər COVID-19-dan sağalıb, 226 nəfər yoluxub, 5 nəfər vəfat edib
Ceyhun Bayramov və ATƏT-in Minsk Qrupunun fransalı həmsədri arasında telefon danışığı olub
ABŞ-ın sabiq vitse-prezidenti evsiz qalıb
Türkiyə Azərbaycanın yanında olmasına sərt reaksiya verən dövlətlərə məhəl qoymadı - Burhanəddin Duran
Dünya Ekoloji Təhsil Gününə həsr olunmuş vebinar keçirilib (FOTO)
Kapital Bank Hadrutda bankomat və ödəniş terminalı quraşdırdı!
"Qarabağ Şəhidləri və Qarabağ Zəfəri" adlı şeir müsabiqəsi keçiriləcək
Axtarışda olan iki nəfər Rusiyadan Azərbaycana ekstradisiya edildi
Ermənistan da Türkiyə-Azərbaycan əməkdaşlığından istifadə edə bilər - Hikmət Hacıyev
“Dostluq” yatağının birgə işlənilməsi ilə bağlı anlaşmanın olması Transxəzər boru kəmərinin tikintisini yenidən gündəmə gətirir - AMEA
Daha iki qazi ailəsi ilə bağlı dəstək işləri aparılır (FOTO)
Türkiyə ilə hərbi-texniki əməkdaşlığın Vətən müharibəsində uğurlu nəticəsini gördük - PA rəsmisi
Türkiyə regionda əldə olunmuş kövrək sülhün davamlı sülhə çevrilməsində mühüm rol oynamalıdır - Hikmət Hacıyev
Tərtərdə ermənilərin dağıtdığı evlər bərpa olunur - Trend TV-nin REPORTAJI
Azərbaycan ilə Türkiyə arasındakı əlaqələr əbədidir - Hikmət Hacıyev
VI "Florida Keys" beynəlxalq musiqi müsabiqəsi açıq elan olunub (FOTO)
Ötən il “ASAN Login” istifadəçilərinin sayı 1 milyon 741 min nəfər olub (FOTO)
Ombudsman Metsamor AES-in bütün bölgə üçün potensial təhlükəsi barədə bəyanat yayıb
Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər parlamentin plenar iclasına tövsiyə olundu
Karantin dövründə 1 milyon 270 mindən çox vətəndaşın fəaliyyətinə icazə verilib
Dövlət Turizm Agentliyi hotellərə XƏBƏRDARLIQ etdi
Baş Prokurorluğun əməkdaşları seminarda iştirak edib (FOTO)
Ceyhun Bayramovun türkiyəli həmkarı ilə telefon danışığı olub
Azərbaycan Prezidenti: Düşmən Şuşada bir neçə villa tikdirib, villanın biri o xunta başçısına, biri isə rüşvətxor məmura məxsusdur
Prezident İlham Əliyev: Biz hamımız, bütün xalqımız Şuşanı dirçəldəcəyik
İranda gün ərzində 91 nəfər koronavirusdan ölüb
Prezident İlham Əliyev: Bizim hədəfimiz Şuşa idi, zəfərimiz də Şuşa oldu
Azərbaycan Prezidenti: Demişdim ki, Şuşasız qələbəmiz yarımçıq olacaq və o vaxt müharibə dövründə bundan artığını deyə bilmirdim
Prezident İlham Əliyev Şuşanın bərpa olunması ilə bağlı tapşırıqlarını verib
Prezident İlham Əliyev: Bizə saxta tarix lazım deyil
Azərbaycan Prezidenti: Guya Şuşa bizə elə-belə verilib, döyüşlər getməyib. Ağ yalandır!
Prezident İlham Əliyev: O vaxt Azərbaycan müdafiə naziri AXC-Müsavat cütlüyünün törəməsi idi, Şuşanı satan birinci o olmuşdur
Prezident İlham Əliyev: Ermənistan rəhbərliyi nə qədər öz xalqından gizlətsə də, Şuşa əməliyyatında yüzlərlə işğalçı məhv edilib
Azərbaycan Prezidenti: Əgər ermənilər Şuşanı öz şəhəri hesab edirdilərsə, nə üçün 28 il ərzində bir daş daş üstə qoymayıblar?
Azərbaycan XİN Fərman İsmayılovun nəşinin ölkəyə gətirilməsinə görə Türkiyəyə minnətdarlıq edib
Prezident İlham Əliyev: Şuşa erməniləşdirmə cəhdlərinə məruz qalsa da, Azərbaycan ruhunu qoruyub saxlaya bildi
Prezident İlham Əliyev Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimovu qəbul edib (FOTO/VİDEO) (YENİLƏNİB)
Restorandan oğurluq edən gənclər saxlanılıb (FOTO)
Rusiyada hərbi hissənin damı çökdü - Yaralılar var
Siqaretlə bağlı aksiz dərəcəsi niyə artırılır? - Komitə sədrindən AÇIQLAMA
Pandemiya gənclərin internet asılılığını artırıb - Sorğu
Qusarda karantin qaydalarını pozan kafe aşkarlanıb
Cəlilabad sakinlərindən heroin və “beşbarmaq” götürülüb
" Yəşim - Çin daşların padşahıdır": Çin mədəniyyəti üzrə dərs
Sabah rayonlarda qar gözlənilir
Dünyada hər gün 3,5 milyon nəfər peyvəndlənir
Dövlət Komitəsinin strukturunda dəyişiklik - Bir neçə sektor ləğv edildi
Gəncədə ermənilərin dağıtdığı məktəblərdə tədris necə davam edəcək?
Aydın Kərimov Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin edildi - Sərəncam
Qeyri-neft sektoru üzrə ötən il qeydə alınan vergi daxilolmaları ən yüksək göstəricidir - Nazir
Məktəblərdə dərslər iyunun 14-də başa çatacaq - Nazirlik
Britaniya şirkətləri Qarabağda yenidənqurma işlərinə qatılmaqda maraqlıdır - Səfir
“Azpetrol” şirkəti xeyriyyə tədbiri keçirib
“SOCAR Türkiyə Ar-Ge” ilə ODTÜ plastik tullantıları təkrar emal edəcək (FOTO)
Məktəblərdə bufet olmayacaq
Azərbaycanla Fransa arasında münasibətlərin inkişafı davam edəcək - Dövlət katibi
Nəticələrindən narazı qalan şagirdlər fevralda apelyasiya ilə məktəbə müraciət edə biləcəklər
Məktəblər açıdıqdan sonra 14 gün ərzində yoluxma sayı kritik həddə çatsa... - Nazirlikdən AÇIQLAMA
Bütün xəbərlər