...

Prezident İlham Əliyev vyetnamlı həmkarını təbrik edib

Siyasət Materials 1 Sentyabr 2017 14:57 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Vyetnam Prezidenti Çan Day Kuanqa təbrik məktubu göndərib.
Prezident İlham Əliyev vyetnamlı həmkarını təbrik edib

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev Vyetnam Prezidenti Çan Day Kuanqa təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Vyetnam Sosialist Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan-Vyetnam münasibətləri xoş ənənələrə əsaslanır. İnanıram ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlığın daha da möhkəmlənməsi və inkişafı yolunda atdığımız addımlar bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Vyetnam xalqına sülh və rifah diləyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti