...

Şəhidlərin xatirəsinə həsr olunmuş "Şəhadət" filminin təqdimatı olub (FOTO)

Siyasət Materials 22 Sentyabr 2017 11:50 (UTC +04:00)
Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sifarişi ilə çəkilən, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə olan, eləcə də dini fanatizm, radikalizm və ekstremizm meyillərinə qarşı preventiv xarakter daşıyan "Şəhadət" sənədli filminin təqdimat mərasimi keçirilib.
Şəhidlərin xatirəsinə həsr olunmuş "Şəhadət" filminin təqdimatı olub (FOTO)

Bakı. Elçin Mehdiyev – Trend:

Bu gün Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sifarişi ilə çəkilən, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə olan, eləcə də dini fanatizm, radikalizm və ekstremizm meyillərinə qarşı preventiv xarakter daşıyan "Şəhadət" sənədli filminin təqdimat mərasimi keçirilib.

Trend-in məlumatına görə, tədbirdə Komitənin, DTX, Müdafiə və Daxili İşlər Nazirliklərinin, Dövlət Sərhəd Xidmətinin (DSX) rəhbər heyəti və əməkdaşları, Yeni Azərbaycan Partiyasının (YAP) fəal gəncləri, həmçinin dini icma nümayəndələri iştirak ediblər.

Film Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinə həsr olunub. Filmdə Vətən uğrunda şəhadətə qovuşmuş qəhrəmanlarla yanaşı, dini fanatizm və radikalizmin təsirinə məruz qalan, bir sıra xarici ölkələrdəki ekstremist - terrorçu silahlı birləşmələrin tərkibində döyüşmüş şəxslərdən bəhs olunub. Ekran işinin rejissoru və ssenari müəllifi Nadir Bədəlov, məsləhətçiləri Komitənin sədr müavinləri Səyavuş Heydərov və Gündüz İsmayılovdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti