...

Yankauskas: Aİ ilə Azərbaycan "Şərq tərəfdaşlığı" sammitinədək yeni sazişlə bağlı irəliləyişə nail ola bilər

Siyasət Materials 31 Oktyabr 2017 13:41 (UTC +04:00)

Bakı. Ləman Zeynalova, Cani Babayeva - Trend:

Avropa İttifaqı (Aİ) ilə Azərbaycan strateji tərəfdaşlıq haqqında yeni sazişlə bağlı danışıqlarda irəliləyişə Brüsseldə keçiriləcək “Şərq tərəfdaşlığı” sammitinədək nail ola bilər.

Trend-in məlumatına görə, bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.

Onun sözlərinə görə, Aİ və Azərbaycan yeni hərtərəfli sazişlə bağlı danışıqlar aparır: “Danışıqlar intensiv davam edir. Bu sazişlə bağlı biz bir neçə dəfə danışıqlar keçirmişik. Noyabrda da Brüssel sammitindən əvvəl daha çox görüş və videokonfransların keçirilməsi nəzərdə tutulur. Bu saziş bizim əlaqələrimiz və əməkdaşlığımız üçün əsas olacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti