...

"Şərq tərəfdaşlığı" sammiti Aİ-Azərbaycan əməkdaşlığının yeni istiqamətlərini təyin edəcək (YENİLƏNİB)

Siyasət Materials 24 Noyabr 2017 11:37 (UTC +04:00)
“Şərq tərəfdaşlığı” sammiti Avropa İttifaqı ilə Azərbaycan arasında gələcək əməkdaşlıq üçün yeni istiqamətlər təyin edəcək
"Şərq tərəfdaşlığı" sammiti Aİ-Azərbaycan əməkdaşlığının yeni istiqamətlərini təyin edəcək (YENİLƏNİB)

Bakı. Ənvər Məmmədov - Trend:

“Şərq tərəfdaşlığı” sammiti Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında gələcək əməkdaşlıq üçün yeni istiqamətlər təyin edəcək.

Trend-in məlumatına görə, bunu "Azərbaycan Dövlət Statistika Komitəsinə milli statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılması üzrə Dəstək" tvininq-layihəsinin yekunlaşması münasibətilə keçirilən tədbirdə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.

O qeyd edib ki, bu gün Brüsseldə başlayan “Şərq tərəfdaşlığı” sammitində son iki il ərzində baş verən hadisələr müzakirə olunacaq: “Sammitdə mövcud problemlər müzakirə olunacaq və əməkdaşlıq üçün yeni sahələr müəyyənləşdiriləcək”.

Azərbaycanla Aİ arasında hərtərəfli saziş barədə davam edən danışıqlara toxunan K.Yankauskas qeyd edib ki, bu danışıqlar sammitdən sonra da davam edəcək:

“Azərbaycan və Aİ yeni sahələrdə əməkdaşlığa başlayacaq. Bu da tərəflər üçün daha da səmərəli olacaq və bizim aramızda əlaqələri daha da möhkəmləndirəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti