...

Bakıda Azərbaycan, Türkiyə və Pakistan XİN rəhbərlərinin üçtərəfli görüşü keçiriləcək

Siyasət Materials 29 Noyabr 2017 12:21 (UTC +04:00)
Noyabrın 30-da Bakıda Azərbaycan, Türkiyə və Pakistan xarici işlər nazirlərinin birinci üçtərəfli görüşü keçiriləcək.
Bakıda Azərbaycan, Türkiyə və Pakistan XİN rəhbərlərinin üçtərəfli görüşü keçiriləcək

Bakı. Trend:

Noyabrın 30-da Bakıda Azərbaycan, Türkiyə və Pakistan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan, Türkiyə və Pakistanın xarici işlər nazirləri Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və Havaca Məhəmməd Asifin iştirakı ilə Azərbaycan-Türkiyə-Pakistan xarici işlər nazirlərinin birinci üçtərəfli görüşü keçiriləcək.

Görüşdən sonra nazirlərin birgə mətbuat konfransı nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti