Bakı. Ləman Zeynalova - Trend:
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət amillər müşahidə olunur.
Trend-in məlumatına görə, bunu Vyanada ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında Monteneqronun xarici işlər naziri Sercan Darmanoviç deyib.
Nazir həmçinin münaqişələrin BMT nizamnaməsinin və Helsinki yekun aktının fundamental prinsipləri əsasında həll olunmasının vacibliyini vurğulayıb.