Bakı. Elçin Mehdiyev - Trend:
Azərbaycanda əlillərin qeyri-hökumət təşkilatlarında (QHT), siyasi partiyalarda fəaliyyətinə məhdudiyyət qoyulmasının qadağan edilməsi təklif olunur.
Trend-in məlumatına görə, bu barədə məsələ yeni hazırlanan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsində əksini tapıb.
Qanun layihəsinin 33-cü (siyasi və ictimai həyatda iştirak) maddəsinin 3-cü bəndinə əsasən, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, həmkarlar ittifaqlarının nizamnamələri həmin təşkilatların fəaliyyətində əlilliyi olan şəxslərin iştirakını məhdudlaşdırmamalıdır.
Qanun layihəsi Milli Məclisin Sosial siyasət komitəsinin iclasında müzakirəyə çıxarılıb.