...

Milli Məclisin Regional Məsələlər komitəsi planlarını açıqladı

Siyasət Materials 26 Yanvar 2018 12:31 (UTC +04:00)
Milli Məclisin Regional Məsələlər komitəsi yaz sessiyası üçün müəyyənləşdirdikləri tədbirlər planını açıqlayıb.
Milli Məclisin Regional Məsələlər komitəsi planlarını açıqladı

Bakı. İlhamə İsabalayeva – Trend:

Milli Məclisin Regional Məsələlər komitəsi yaz sessiyası üçün müəyyənləşdirdikləri tədbirlər planını açıqlayıb.

Trend-in məlumatına görə, Milli Məclisin Regional Məsələlər komitəsinin sədri Arif Rərimzadə komitənin bu gün keçirilən iclasında deyib ki, yaz sessiyası dövründə “Bələdiyyələrin su təsərrüfatı haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanuna, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”yə, “Yerli (bələdiyyələr) vergilər və ödənişlər haqqında” qanuna dəyişikliklərin edilməsi nəzərdə tutulur.

Komitənin 2017-ci il payız sessiyası dövründə gördüyü işlərə dair hesabatı təqdim edən A.Rəhimzadə bildirib ki, regional məsələlər komitəsi hesabat dövründə Milli Məclisin 2017-ci il payız sessiyasının qanunvericilik işləri planına və komitənin 19 sentyabr tarixli iclasında təsdiq olunmuş iş planına uyğun fəaliyyət göstərib.

Komitənin altı iclası keçirilib, səkkiz məsələ müzakirə olunub, onlardan altısı qanun layihəsidir. Milli Məclisin payız sessiyasında komitənin ünvanına daxil olmuş 109 müraciət, təklif, ərizə və şikayətin 61-i araşdırılıb, lazımi tədbir görülməsi üçün müvafiq təşkilatlara göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti