Bakı. Trend:
Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında aviasiya sazişi turizm sahəsində münasibətləri daha da inkişaf etdirməyə imkan yaradacaq.
Trend-in məlumatına görə, bunu Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının iclasının yekununda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov təşkilatın Ali komissarı Federika Mogerini ilə birgə mətbuat konfransı zamanı deyib.