...

Kamal Kılıçdaroğlu: Xocalı qətliamını əsla unutmadıq

Siyasət Materials 20 Fevral 2018 17:33
Xocalı qətliamını əsla unutmadıq.
Kamal Kılıçdaroğlu: Xocalı qətliamını əsla unutmadıq

Trend-i buradan izləyin

Bakı. Rufiz Hafizoğlu - Trend:

Xocalı qətliamını əsla unutmadıq.

Trend-in məlumatına görə, bunu Türkiyənin Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu bəyan edib.

K.Kılıçdaroğlu qeyd edib ki, qardaş Azərbaycanın kədəri Türkiyənin kədəridir:

“Xocalı qətliamında öldürülən insanlara Allahdan rəhmət diləyirik. Qəlbimiz Azərbaycanla döyünür”.

Xatırladaq ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı aktı həyata keçirib. Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Faciə baş verən gecə 1.275 dinc sakin əsir götürülüb, onlardan 150-nin taleyi indi də məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti