...

Azərbaycanın Ukraynadakı səfirliyində seçici aktivliyi müşahidə olunur (FOTO)

Siyasət Materials 11 Aprel 2018 13:27 (UTC +04:00)
Azərbaycanın Ukraynadakı səfirliyində seçici aktivliyi müşahidə olunur.
Azərbaycanın Ukraynadakı səfirliyində seçici aktivliyi müşahidə olunur (FOTO)

Bakı. Trend:

Azərbaycanın Ukraynadakı səfirliyində seçici aktivliyi müşahidə olunur.

Səfirlikdən Trend-ə verilən məlumata görə, Ukrayna vaxtilə səhər saat 09:00-dan başlayaraq Azərbaycan vətəndaşları öz seçimlərini etmək üçün səfirlikdəki seçki məntəqəsinə axışıb.

Ukraynanın Kiyev, Xarkov, Dnepr, Odessa, Sumı və bir sıra şəhərlərində yaşayan Azərbaycan vətəndaşları, gənclər və tələbələr Azərbaycanın Ukraynadakı səfirliyinə gələrək sərbəst və azad qaydada öz seçimlərini edirlər.

Yerli vaxtla saat 12:00-a olan məlumata görə, səfirliyin konsulluğunda qeydiyyatda olan Azərbaycan vətəndaşlarının 40 faizdən artığı səsvermədə iştirak edib.

Səsvermədə seçicilərlə görüşən Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev seçkilərdə fəallıq göstərən soydaşlarımıza, xüsusən də gənclərə minnətdarlığını bildirib. Seçkilərlə bağlı Azərbaycan səfirliyində hər cür şərait yaradıldığını diqqətə çatdıran diplomat bu seçkilərdə xalqımızın istək və arzusunun reallaşacağına əminliyini ifadə edib.

Səsvermə prosesi Ukrayna KİV-lərinin də diqqət mərkəzindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti