...

Elmira Süleymanova: Hərbi hissələr və cəzaçəkmə müəssisələrində də səsvermə şəffaf şəkildə keçirilir

Siyasət Materials 11 Aprel 2018 15:15 (UTC +04:00)
Azərbaycanda prezident seçkiləri ilə bağlı səsvermə prosesi tam şəffaf şəkildə keçirilir.
Elmira Süleymanova: Hərbi hissələr və cəzaçəkmə müəssisələrində də səsvermə şəffaf şəkildə keçirilir

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda prezident seçkiləri ilə bağlı səsvermə prosesi tam şəffaf şəkildə keçirilir.

Trend-in məlumatına görə, bunu Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova deyib.

O, Bakının əksər rayonlarındakı seçki məntəqələrində olduğunu bildirib: "Bu gün səhər səsvermə başlamazdan öncə məntəqəyə yaxınlaşanda təəccübləndim. Məntəqənin qarşısında artıq 10-12 seçici var idi. Bu da seçici aktivliyindən xəbər verir”.

Ombudsman bildirib ki, ölkədə hərbi hissələrdə və cəzaçəkmə müəssisələrində də səsvermə prosesi şəffaf şəkildə həyata keçirilir:

"Seçkini beynəlxalq və yerli müşahidəçilər izləyir. Onlar da prosesdən razıdırlar. Seçki məntəqəsində olarkən beynəlxalq müşahidəçi seçicilərin nizam-intizamlı olduğunu qeyd etdi. O bildirdi ki, sanki ölkədə bayram ab-havasıdır".

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərir. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkündür. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyir.

Prezident seçkilərində səsvermə saat 19:00-da sona çatacaq. Hazırkı məlumata əsasən, Azərbaycanda 5 milyon 314 min 365 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.

Saat 12:00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 39,39 faizi, yəni 2 093 343 seçici səs verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti