...

Ukrayna Prezidenti Petro Poroşenko Prezident İlham Əliyevə telefonla zəng edib

Siyasət Materials 12 Aprel 2018 17:09 (UTC +04:00)
Aprelin 12-də Ukrayna Prezidenti Petro Poroşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Ukrayna Prezidenti Petro Poroşenko Prezident İlham Əliyevə telefonla zəng edib

Bakı. Trend:

Aprelin 12-də Ukrayna Prezidenti Petro Poroşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Trend Azərbaycan Prezidentinin Mətbuat Xidmətinə istinadən məlumat verir ki, Petro Poroşenko İlham Əliyevi prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib, ona Azərbaycanın tərəqqisi və rifahı naminə prezidentlik fəaliyyətində uğurlar arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Petro Poroşenkoya minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı dövlət başçıları ölkələrimiz arasında əlaqələrin inkişafından məmnunluqlarını bildirərək əməkdaşlığımızın bundan sonra da möhkəmlənəcəyini əminliklə vurğulayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti