...

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndələri Çinin ən nüfzulu şəxslərindən biri ilə görüşüblər

Siyasət Materials 26 May 2018 15:53 (UTC +04:00)
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyəti Çin Kommunist Partiyası Siyasi Bürosunun üzvü, Çin Xalq Respublikası Dövlət Şurasının üzvü, Çin Kommunist Partiyası Xarici Əlaqələr Komissiyasının baş katibi Yanq Jiechi ilə görüşüb.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndələri Çinin ən nüfzulu şəxslərindən biri ilə görüşüblər

Bakı. Trend:

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyəti Çin Kommunist Partiyası Siyasi Bürosunun üzvü, Çin Xalq Respublikası Dövlət Şurasının üzvü, Çin Kommunist Partiyası Xarici Əlaqələr Komissiyasının baş katibi Yanq Jiechi ilə görüşüb.

Mərkəzdən Trend-ə verilən məlumata görə, görüşdə Çin Xalq Respublikası Xarici əlaqələr İnstitutunun Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə əlaqələri geniş müzakirə olunub.

Yanq Jiechi Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin ölkələr arasında siyasi və mədəni əlaqələrin güclənməsində dünya miqyasında mühüm rol oynayan təşkilatlardan birinə çevrildiyini vurğulayıb. Qeyd edib ki, mərkəz artıq bu əlaqələrin qurulması və inkişafına önəmli töhfələr verən platforma kimi tanınmaqdadır. Y.Jiechi mərkəzin fəaliyyətini yaxından izlədiyini, VI Qlobal Bakı Forumunun müasir dövrün çağırışlarına cavab verən beynəlxlaq səviyyəli tədbir kimi qiymətləndirdiyini vurğulayıb. O, Çinlə Azərbaycan arasında ikitərəfli münasibətlərin yüksələn xəttlə inkişaf etdiyini bildirib və bu münasibətlərə verdiyi önəmə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü ifadə edib.

Serbiya Respublikasının sabiq prezidenti Boris Tadiç VI Qlobal Forum barədə məlumat verərək, bu forumların Bakının qlobal miqyasda dünyanı narahat edən problemlərin müzakirə olunduğu bir mərkəz kimi tanınmasında mühüm rol oynadığını vurğulayıb. O, NGBM-nin artıq beynəlxalq bir instituta çevrildiyinə diqqəti çəkib.

Latvianin Sabiq prezidenti Valdis Zatlers ise NGİC-nin dünyada sülhün, mədəniyyətlərarası dialoqun təmin olunması yollarını müzakirə edən tədbirlər təşkil etməsinin müasir dövrün çağırışlarından irəli gəldiyini qeyd edib.

Y.Jiechi mərkəzin fəaliyyətinə, həyata keçirdiyi layihələrə siyasi liderlərlə yanaşı, nüfuzlu alim və mütəxəssislərin də cəlb olunmasının zəruriliyini vurğulayaraq, qarşılıqlı əlaqələrinin genişləndirilməsi, beynəlxalq miqyaslı tədbirilərin təşkili məqsədilə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti