...

Bahar Muradova: Beynəlxalq ictimaiyyət hər bir insan üçün təhlükəsiz yaşamağa şərait yaratmalıdır

Siyasət Materials 20 İyun 2018 11:05 (UTC +04:00)
Beynəlxalq ictimaiyyət hər bir insan, xalq, millət üçün təhlükəsiz yaşamağa şərait yaratmalıdır
Bahar Muradova: Beynəlxalq ictimaiyyət hər bir insan üçün təhlükəsiz yaşamağa şərait yaratmalıdır

Bakı. İlhamə İsabalayeva - Trend:

"Beynəlxalq ictimaiyyət hər bir insan, xalq, millət üçün təhlükəsiz yaşamağa şərait yaratmalıdır və hər bir insan, millət bundan bəhrələnməlidir. Bizim bundan başqa yolumuz qalmayıb".

Trend-in məlumatına görə, bunu Milli Məclisin sədr müavini Bahar Muradova "Hüquq bərabərliyinin təmin olunmasında və təşviqində milli insan hüquqları təsisatlarının rolu" mövzusunda keçirilən Ombudsmanların XV Bakı Beynəlxalq Konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bütün ölkələrdə İnsan Hüquqları Günü kimi qeyd edilir:

"Lakin çox təəssüf ki, insan hüquq və bərabərliyinin təmin olunmasını nəzərdə tutan beynəlxalq sənədin müddəalarını yerinə yetirməli olan ayrı-ayrı təşkilatlar, beynəlxalq ictimaiyyət bunu etmir. Çox təəssüf ki ki, biz getdikcə belə hallarla daha çox qarşılaşırıq. Bu gün dünyada milyonlarla qaçqın bu günü qeyd etməyə məcbur olurlar. Bu günün qeyd olunmasının vacibliyi beynəlxalq təşkilatlara bir daha onu göstərir ki, insanlar öz ölkələrində, yaxud da sərbəst şəkildə seçdikləri ölkələrdə heç bir dini, irqi fərq qoyulmadan öz hüquqlarını reallaşdıra bilməli, bir ölkədə qəbul olunmuş qaydalar digər ölkədə keçərli olmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti