...

Ərdoğan Türkiyədəki prezident seçkilərində liderdir

Siyasət Materials 24 İyun 2018 20:23 (UTC +04:00)
İlkin hesablamalara görə seçkilərdə prezident Rəcəb Tayyib Ərdoğan 59,92 faiz səs toplayıb.
Ərdoğan Türkiyədəki prezident seçkilərində liderdir

Bakı. Trend:

İlkin hesablamalara görə seçkilərdə prezident Rəcəb Tayyib Ərdoğan 59,92 faiz səs toplayıb.

Bu haqda Türkiyənin Mərkəzi Seçki Komissiyasının (YSK) mesajında ​​deyilir.

Xəbərdə deyilir ki, hazırda səslərin 18.61%-i sayılıb.

Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Məhərrəm İncə - 26.53 % səs, yeni qurulan «Yaxşı Partiyadan» namizəd Meral Akşener 7.72%, Demokrat Xalq Partiyasının (HDP) namizədi Səlaheddin Dəmirtaş - 5.50%, “Səadət" partiyası (SP) namizədi - Temel Karamollaoğlu 0,94% və "Vatan» (Vətən partiyası) namizədi - Doğu Perinçek 0,18% səs toplayıblar.

Məlumatda həmçinin deyilir ki, "Milli Birlik" (Cumhur İttifakı) adlı (Ədalət və İnkişaf Partiyası və Milliyyətçi Hərəkət Partiyası (MHP) bloku 65.42% səslə parlament seçkilərində liderdir.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 17:00-da Türkiyədə parlament və prezident seçkiləri başa çatıb.

Xatırladaq ki, Türkiyədə prezident və parlament seçkilərində səsvermə yerli vaxtla saat 08:00-da başlayıb.

Səsvermə yerli vaxtla saat 17:00-dək davam edəcək. Ümumilikdə Türkiyədə səsvermə hüququna 56 milyondan artıq insan malikdir.

Xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşları iyunun 11-17-dək səs veriblər.

Xaricdə yaşayan və prezident və parlament seçkilərində səs verən Türkiyə vətəndaşlarının sayı 1 468 408 nəfər təşkil edib. Ümumilikdə xarici ölkələrdə yaşayan 3 470 323 Türkiyə vətəndaşı səsvermə hüququna malikdir.

Səsvermə Türkiyənin 60 ölkədə 123 diplomatik missiyasında keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti