...

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün vaxtı bilindi

Siyasət Materials 31 İyul 2018 15:28 (UTC +04:00)
BMT Baş Assambleyasının növbəti sessiyası çərçivəsində Nyu Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü barədə razılıq əldə olunub.
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün vaxtı bilindi

Bakı. Trend:

BMT Baş Assambleyasının növbəti sessiyası çərçivəsində Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü barədə razılıq əldə olunub.

Bu barədə Trend-ə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. XİN rəsmisi əlavə edib ki, görüşün sentyabrda baş tutacağı gözlənilir.

H.Hacıyev Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayanın nazirlər arasında görüşə dair konkret razılığın olmaması barədə açıqlamasını şərh edərkən deyib ki, həmin görüşdən əvvəl də görüş keçirilməsi məsələsi var:

“Prinsipial razılıq əldə olunub ki, nazirlər BMT Baş Assambleyası çərçivəsində görüşsünlər. Ondan öncə də görüşün keçirilməsi barədə məsələyə baxılır. O ki qaldı Tiqran Balayanın dediyinə, onun yəqin bu məsələlərdən xəbəri yoxdur”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti