...

Azərbaycan Prezidenti İlham Əliyev Qırğız Respublikasına səfərə gəlib (FOTO)

Siyasət Materials 2 Sentyabr 2018 20:55 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Qırğız Respublikasına səfərə gəlib.
Azərbaycan Prezidenti İlham Əliyev Qırğız Respublikasına səfərə gəlib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Sammitində iştirak etmək üçün sentyabrın 2-də Qırğız Respublikasına səfərə gəlib.

Çolpon-Ata şəhərinin İssuk-Kul beynəlxalq hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Qırğız Respublikası Baş nazirinin birinci müavini Kubatbek Boronov və İssık-Kul vilayətinin qubernatoru Akılbek Osmonaliyev qarşıladılar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti