...

AMEA ilk dəfə pilotsuz uçuş aparatı istehsal edib - "Yarasa" (FOTO)

Siyasət Materials 26 Sentyabr 2018 11:51 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkı pilotsuz uçuş aparatı (PUA) istehsal edib.
AMEA ilk dəfə pilotsuz uçuş aparatı istehsal edib - "Yarasa" (FOTO)

Bakı. Samir Əli - Trend:

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkı ilk dəfə pilotsuz uçuş aparatı (PUA) istehsal edib.

Trend-in məlumatına görə, kamikadze tipli PUA-nın çəkisi 12 kiloqramdır.

Kamikadze 5 kiloqram yüklə 2 min metr hündürlüyə qalxa və düşmən obyektlərinin xəritəsini çəkib oranı dəqiqliklə məhv edə bilir.

Kamikadze-PUA-nın maksimal sürəti 160 km/saatdır.

Müşahidə kamerası ilə obyekti müşahidə edəndən sonra uçan aparat özünü obyektə çırparaq partladır.

PUA-nın digər üstünlüyü isə odur ki, getdiyi istiqamət üzrə obyekti müəyyən etmədikdə partlamadan geri qayıdır.

Yeni sınaqdan keçirilən kamikadze tipli PUA "Yarasa" adlanır.

Pilotsuz uçuş aparatı yaxın günlərdə Azərbayca Silahlı Qüvvələrinin istifadəsinə veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti