...

Rob Sobhani: Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın İtaliyaya səfəri ikitərəfli əlaqələri daha da möhkəmləndirəcək

Siyasət Materials 2 Oktyabr 2018 07:00 (UTC +04:00)

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın İtaliyaya səfəri ikitərəfli əlaqələri daha da möhkəmləndirəcək. Bunu Trend-ə “Caspian Group Holdings”in baş direktoru Rob Sobhani deyib.

R.Sobhaninin sözlərinə görə, bu səfər Azərbaycanla İtaliya arasında mədəni, iqtisadi və diplomatik münasibətlər sahəsində mübadilə üçün möhkəm və uzunmüddətli əsas yaradır:

“Mehriban Əliyevanın İtaliyaya səfəri Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir, çünki Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində İtaliya kimi nüfuzlu ölkənin daha fəal rolunu təmin etmək lazımdır. Fikrimcə, səfərin əlamətdar anları İtaliya Senatının sədri ilə görüş və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsidir. Bu məsələlər Azərbaycanı digər müsəlman ölkələri üçün nümunə ola biləcək dünyəvi, mütərəqqi, perspektivli müsəlman ölkəsi kimi nümayiş etdirmək baxımından bir-biri ilə əlaqəlidir”.

Ekspert qeyd edib ki, İtaliya Avropanın ən iri iqtisadiyyatlarından birinə malikdir və enerji sektoru, moda sənayesi, aviasiya və ətraf mühit kimi sahələrdə böyük təcrübəyə malikdir:

“Bu sektorlarda yeniliklərin Azərbaycana ötürülməsinin ölkə vətəndaşlarına böyük faydası dəyə bilər. Təsəvvür edin ki, Azərbaycanın aparıcı dizaynerləri “Salvatore Ferragamo” və ya “Gucci” kimi məşhur brendlərlə əməkdaşlıq edir”.

R.Sobhani bildirib ki, Mehriban Əliyevanın qadınların Azərbaycan tarixində və ölkənin mədəni-elmi həyatında rolunun təmin olunmasında töhfəsi böyükdür və o, Azərbaycanın beynəlxalq arenada ən yaxşı səfiridir.

O vurğulayıb ki, İtaliyada keçirilmiş görüşlərdə Mehriban Əliyeva bütün Azərbaycan qadınlarını təmsil edirdi və onun müasir, mütərəqqi, dünyəvi və qayğıkeş davranışı Azərbaycanın dinamik ölkə kimi qlobal obrazının təmin olunmasına xidmət edir:

“Mehriban Əliyeva Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin keçirilməsi ilə Azərbaycanın zəngin tarixini vurğulayıb və bütün dünyaya səslənib: “100 il bundan əvvəl müsəlman aləminin ilk demokratik respublikası - Azərbaycan Xalq Cümhuriyyəti yaradılmışdı. Azərbaycan Xalq Cümhuriyyəti cəmi iki il davam etdi. Biz fəxr edirik ki, hələ XX əsrin əvvəllərində Azərbaycan xalqı mütərəqqi və azadlıq ideyalarına əsaslanaraq öz müstəqilliyini əldə etdi. Azərbaycan Xalq Cümhuriyyəti qısa zamanda ölkəmiz üçün çox vacib olan addımlar atdı”. Bu, Azərbaycanın imici üçün çox vacibdir”.

Heydər Əliyev Fondu tərəfindən İtaliyada Müqəddəs Sebastian katakombalarının bərpa olunmasından danışan R.Sobhani qeyd edib ki, Mehriban Əliyevanın bu qayğıkeş, mərhəmətli və vaxtında görülən insansevərlik aktı Azərbaycanı tarixi abidələrin bərpası üzrə qlobal səylərin mərkəzinə çevirir:

“Azərbaycan təkcə irəli baxmır, həm də keçmişin – ümumi irsimizin və tarixi abidələrin qayğısını çəkir. Bu isə onu göstərir ki, Azərbaycanın Birinci xanımı dünya vətəndaşıdır və onun təmsil etdiyi ölkə - Azərbaycan dünyada ən vacib tarixi abidələrin bərpa olunmasında mühüm tərəfdaşdır. İtaliya Mehriban Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun fəaliyyətindən faydalanır və diqqətə, qayğıya ehtiyacı olan tarixi abidələri qoruyub saxlayır. Bu, Azərbaycanın mədəni irsin qorunmasına qlobal töhfəsi ola bilər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti