...

Ermənilərin NATO PA-da təxribatı baş tutmadı

Siyasət Materials 20 Noyabr 2018 10:41 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanın Avropada ildən-ilə artan əhəmiyyətli rolu, Avroatlantik məkanın, xüsusilə də Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələr NATO PA-nın Kanadanın Halifax şəhərində keçirilən 64-cü payız sessiyası zamanı müxtəlif məruzələrdə qeyd edilib. Bunu Trend-ə Milli Məclisin deputatı, Azərbaycanın NATO PA-da nümayəndə heyətinin üzvü Məlahət İbrahimqızı deyib.

M.İbrahimqızı bildirib ki, qurumun İqtisadiyyat və təhlükəsizlik komitəsində Mərkəzi və Şərqi Avropada enerji təhlükəsizliyi çağırışları hazırlanıb. Onun sözlərinə görə, alyans üçün çağırış qətnaməsində Azərbaycan torpaqlarının bir hissəsinin işğal altında olması, bu torpaqlara nəzarət edə bilməməsi, ölkəmizin qeyd edilən məkanın enerji təhlükəsizliyində strateji əhəmiyyəti öz əksini tapıb.

Deputat bildirib ki, bu ilin sentyabr ayında bu komitə üzvlərinin böyük bir qrupu Bakıda rəsmi səfərdə olmuşdu: “Onların çox maraqlı və zəngin proqramları var idi. Məhz bu səfərin ölkəmizdə məhsuldar keçməsi qətnamənin hazırlanmasına çox ciddi təsiri olub”.

M.İbrahimqızı qeyd edib ki, bu qətnamə müzakirə edilən zaman ermənilər təxribatçı çıxışlar etməyə cəhd ediblər: “İşğalçı Ermənistan dövləti bu gün dövlətimizin və dövlət başçımızın dünyada getdikcə artan nüfuzundan çox narahatdırlar. Ona görə ölkəmizlə bağlı hər hansı müsbət nailiyyətə qarşı pozucu və təxribat xarakterli çıxışlar etməyə çalışırlar. Bu qətnamə də müzakirə edilərkən sənəddəki Azərbaycanla bağlı müsbət fikirlərə etiraz etdilər. Komitə iclasında erməni deputatlar və onları dəstəkləyənlər məruzə və qətnamədə Azərbaycanla bağlı məqamların əleyhinə olsalar da, onların fikirləri əsassız qəbul edildi”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti