...

Azərbaycanın müdafiə naziri ilə Türkiyə SQ Baş Qərargah rəisi arasında görüş keçirilib (FOTO)

Siyasət Materials 21 Noyabr 2018 11:19 (UTC +04:00)

Bakı. Trend:

Noyabrın 21-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin (SQ) Baş Qərargah rəisi ordu generalı Yaşar Güler ilə görüşüb.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, tərəflər regional təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi təhsil, hərbi tibb sahələrində əməkdaşlıq, birgə hərbi təlimlərin keçirilməsi, hərbi mütəxəssislərin qarşılıqlı səfərlərinin təşkili və qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti