Bakı. Elçin Mehdiyev - Trend:
Milli Məclisdə Parlamentlərarası İttifaqın Gənc Parlament üzvlərinin 5-ci Qlobal konfransı işini davam etdirir.
Trend-in məlumatına görə, 44 ölkədən 250-yə yaxın nümayəndənin iştirak etdiyi konfransda dayanıqlılığın təşviqi, gələcək nəsillərin maraqlarının müdafiəsi məsələləri müzakirə olunur.
Konfransın ikinci günündə Azərbaycan tərəfdən "Azərkosmos" ASC-nin sədr müavini Rövşən Rüstəmov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva və digərləri çıxış edəcəklər.
Dekabrın 14-də başlayan konfrans öz işini bu gün yekun sənədlə başa vuracaq.