...

Prezident İlham Əliyevlə Ermənistanın baş naziri arasında təkbətək görüş yekunlaşıb (FOTO) (YENİLƏNİB 2)

Siyasət Materials 29 Mart 2019 14:18 (UTC +04:00)
Avstriyanın paytaxtı Vyanada Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında təkbətək görüş yekunlaşıb.
Prezident İlham Əliyevlə Ermənistanın baş naziri arasında təkbətək görüş yekunlaşıb (FOTO) (YENİLƏNİB 2)

Bakı. Trend:

Avstriyanın paytaxtı Vyanada Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında təkbətək görüş yekunlaşıb.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz “Twitter” səhifəsində yazıb.

Görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələləri müzakirə olunub.

Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələri, Helsinki Yekun Aktı və beynəlxalq hüququn prinsiplərinə uyğun Dağlıq Qarabağ münaqişəsinin mövcud format əsasında həllini dəstəkləyir.

Daha sonra görüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti