...

Mətbuat Şurası Milli Məclisə onlayn media ilə bağlı təkliflər layihəsi təqdim edəcək

Siyasət Materials 3 May 2019 11:04 (UTC +04:00)
Azərbaycan Mətbuat Şurası Milli Məclisə onlayn media ilə bağlı təkliflər layihəsi təqdim edəcək
Mətbuat Şurası Milli Məclisə onlayn media ilə bağlı təkliflər layihəsi təqdim edəcək

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Mətbuat Şurası Milli Məclisə onlayn media ilə bağlı təkliflər layihəsi təqdim edəcək.

Trend-in məlumatına görə, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

O, hazırda həmin təkliflərin hazırlandığını söyləyib: "Təkliflər paketində onlayn media ilə bağlı bir sıra zəruri məsələlər öz həllini tapacaq. Bildiyimiz kimi, onlayn media jurnalistikanın tərkib hissəsidir. Həmin təkliflərə əsasən, KİV-ə şamil olunan prinsiplər onlayn mediaya da aid ediləcək. Həmçinin həmin təkliflərdə onlayn medianın spesifik xüsusiyyətləri öz əksini tapacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti