...

Elmar Məmmədyarov Xorvatiyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib (FOTO)

Siyasət Materials 4 Sentyabr 2019 21:29 (UTC +04:00)
Nazir Elmar Məmmədyarov Xorvatiya Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Branko Zebiçi qəbul edib
Elmar Məmmədyarov Xorvatiyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib (FOTO)

Bakı. Trend:

Nazir Elmar Məmmədyarov Xorvatiya Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Branko Zebiçi qəbul edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə tərəflər iki ölkə arasında mövcud olan əməkdaşlıq münasibətlərini müzakirə edərək, ikitərəfli strateji əlaqələrin hazırkı səviyyəsini məmnunluqla qeyd ediblər.

Səfir Branko Zebiç etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.

Nazir Elmar Məmmədyarov Xorvatiyanın yeni təyin olunmuş səfirinə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi apardılar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti