Bakı. Elçin Mehdiyev – Trend:
Sentyabrın 16-da Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Kamran Bayramov İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə səfərə yola düşəcəklər.
Trend-in məlumatına görə, səfərin məqsədi Silahlı Qüvvələr Üzərində Demokratik Nəzarət üzrə Cenevrə Mərkəzinin tədbirində iştirak etməkdir.
Deputatlarımız “Şərqi Avropa və Orta Asiya təhlükəsizlik sektoruna parlament nəzarəti” mövzusuna həsr olunmuş seminarda iştirak edəcək, fikir mübadiləsində ölkəmizin maraqları mövqeyindən münasibət bildirəcəklər.
Səfər sentyabrın 19-da başa çatacaq.