Bakı. Trend:
Nyu-Yorkda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında görüş keçirilir.
Trend-in məlumatına görə, bu barədə Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva "Twitter" səhifəsində məlumat yayıb.
Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri - İqor Popov, Endryu Şofer və Stefan Viskonti və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edirlər.