...

YAP-dan deputatlığa namizəd Sədaqət Vəliyeva seçicilərlə görüşlərini davam etdirir (FOTO)

Siyasət Materials 29 Yanvar 2020 10:19 (UTC +04:00)
Görüşdə deputatlığa namizəd Sədaqət Vəliyevanın ötən 5 il ərzindəki fəaliyyəti barədə hesabat verilib
YAP-dan deputatlığa namizəd Sədaqət Vəliyeva seçicilərlə görüşlərini davam etdirir (FOTO)

Bakı. Trend:

09 fevral 2020-ci il tarixində keçiriləcək Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş 25 saylı Nizami ikinci seçki dairəsindən Vəliyeva Sədaqət Süleyman qızının təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşləri davam edir.

Trend-in məlumatına görə, növbəti görüş Naxçıvanski 86, Q.Qarayev 57 və B.Nuriyev 52, 54 ünvanlarında yaşayan seçicilərlə olub.

Görüşdə deputatlığa namizəd Sədaqət Vəliyevanın ötən 5 il ərzindəki fəaliyyəti barədə hesabat verilib və onun növbəti 5 illik üçün proqram və platforması barədə seçicilərə məlumat çatdırılıb.

Deputatlığa namizəd YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva seçicilərə öz təşəkkürünü bildirərək qeyd edib ki, ötən 5 il ərzində ona səs vermiş seçicilərin etimadını doğrultmağa çalışıb.

Seçicilər öz növbələrində yekdil olaraq bildiriblər ki, YAP-ın Nizami rayonundan namizədliyi irəli sürülmüş Vəliyeva Sədaqət Süleyman qızı hər zaman insanlara xüsusi diqqət göstərib. Seçicilər eyni zamanda, ümumi problemlərlə bağlı fikirlərini bildirib və onların aradan qaldırılmasına köməklik edilməsi üçün müraciət ediblər.

Sakinlər tərəfindən qaldırılmış məsələlərin vaxtında həll edilməsi üçün müvafiq orqanlara müraciət edəcəyini qeyd edən Sədaqət Vəliyeva seçiciləri aktiv olmağa və fevralın 9-da məntəqələrə gedərək ən layiqli namizədə səs verməyə çağırıb.

Seçicilər bir daha Vəliyeva Sədaqət Süleyman qızının ötən illərdəki fəaliyyətindən razılıqlarını bildirib və qəti şəkildə deyiblər ki, daha güclü Azərbaycan naminə YAP-ın namizədi Vəliyeva Sədaqət Süleyman qızına yenidən səs verəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti